Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Dek

    Rayonumuzun Qaradağlı kəndində dünyaya göz açan Aslan Hüseynovun şücaətləri bu gün dillər əzbəri olub. Şəhərimizdəki küçələrdən biri 44 günlük Vətən müharibəsində 3 gündə 3 düşmən tankını məhv edən bu igidin adını daşıyır.
    Məktəblilər onun keçdiyi şərəfli həyat yolunu öyrənir, haqqında şeirlər söyləyir, inşalar yazırlar.
    Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev cəsur həmyerlimizin qəhrəmanlığını yüksək qiymətləndirib. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Aslan Hüseynov sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. Ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Şəhidimiz iki uşaq atası olub. Bir oğlu və bir qızı yadigar qalıb.
    Bu günlərdə Aslan Hüseynovun atası Malik Hüseynovun 60 yaşı tamam olub. Yubiley günündə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid ailəsinin yanında olub. Ata deyir:
    –Aslan sözün əsl mənasında vətənpərvər oğul idi. Torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən mühari-bəsində o, canını belə əsirgəmədən bu yolda döyüşdü. Çox şükür ki, övladımızın və onun kimi minlərlə vətən fədaisinin arzuları yerinə yetdi, torpaqlarımız bütövləşdi, suverenliyimiz bərpa olundu.
    Bu gün Aslan Hüseynov övladlarının yanında olmasa da, onlar “ata” kəlməsini qürurla söyləyirlər. Onların atası o qəhrəmanlardandır ki, sayəsində indiki nəsil suveren bir ölkədə xoşbəxt böyüyür. Aslan Hüseynovun məzarına gedən cığırı isə heç zaman ot basmayacaq. Qədirbilən xalqımız onun əziz xatirəsini daim yaşadacaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:59

İsmarıclar bağlıdır.