Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ulu Öndərin anım günü münasibəti ilə “dəyirmi masa “ keçirilib.
    “Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri, təhsil, səhiyyə işçiləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb.
    Qeyd olunub ki, Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Azərbaycanın tarixində dövlət müstəqilliyinə doğru böyük dönüş və milli oyanış dövrü başlayıb. O, Azərbaycan dövlətçiliyinin əsasını qoyub. Ulu Öndərin 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərini müəyyənləşdirib.
    YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək , bildirib ki, Heydər Əliyev 1982-ci ilin noyabrında dünyanın iki supergücündən birinin – SRRİ-nin rəhbərliyinə yüksəlib, həm SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib, həm də Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib.
    1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq, Siyasi Büro üzvlüyündən və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verib. Bundan sonra Qorbaçov və onun ərtafında yer alan erməni mafiyası tərəfindən təqib və təzyiqlərlə üzləşən Heydər Əliyev ona yönələn bütün hücumları dəf edib, mətanətlə sinə gərib.
    1990-cu ildə yenidən Azərbaycana, doğma Naxçıvanına qayıdan Heydər Əliyev elə həmin ilin payızında Azərbaycan SSRİ Ali Sovetinin sonuncu çağırış seçkilərində deputat seçilib, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak edib, SSRİ-nin qorunub-saxlanılması ilə bağlı 17 mart referendumunun əleyhinə səs verən cəmi 43 millət vəkilindən biri olub.
    1993 və 1998-ci ilin payızında Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəyi ilə ölkə prezidenti seçilib.
    İşlədiyi dövr ərzində Azərbaycanı bölünmə, parçalanma, müstəqilliyini itirməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib, Azərbaycanı uğurlu neft strategiyası, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qısa bir zamanda böyük inkişaf yoluna çıxarıb, ölkəsinin imzasını imzalar içində tanıdıb.
    Sonra Həsənqaya kənd İƏD-si üzrə nümayəndə İlqar Həsənov, şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Dürdanə Quliyeva, 2 nömrəli məktəb-liseyin müəllimi Tamella Tağıyeva çıxış ediblər. Çıxışçılar Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib, Ulu Öndərə allahdan rəhmət diləyiblər.

     

    Müəllif: Redaktor, 11:45

İsmarıclar bağlıdır.