Limonun faydaları və zərərləri
Bu sitrus meyvəsi soyuq-dəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mik-robları öldürür.
Limonun faydalı təsirləri:
Bu yaxınlarda xəstəlik və ya əməliyyat keçirən insanlarda iştahı artırır;
Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır;
Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;
Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır;
Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır;
Dırnaqları ağardır və möhkəmləndirir;
Qanın dövrünü və tərkibini yaxşılaşdırır;
Saçların sağlamlaşdırılmasına kömək edir; Hamilə qadınlarda toksikoz zamanı ürəkbulanmaların qarşısını alır;
Qan damarlarını xolesterindən təmizləyir;
Avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur.
Limonun ziyanı:
Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəliyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analar, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür. Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır. Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:
Mədəaltı vəzin fəaliyyətinin pozulması;
Mədə xorası və onikibarmaq bağırsağın xəstəliyi;
Enterit, kolit və kəskin qastroenterokolit.
Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır.