MÜSTƏQİLLİYİMİZİN SÜTUNLARI GETDİKCƏ MÖHKƏMLƏNİR
1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitsuya Aktını qəbul edib.
2021-ci ilin oktaybrın 15-də Milli Məclis Azərbaycan Respub-likasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanun təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında möhkəmləndirilməsi və böyük nü-fuz qazanması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bir tərəfdən Ermənistanın ərazilərimizə işğalçı hücumları, ərazi iddiaları, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyimizin itirilməsinə gətirib çıxarırdı. Belə bir çətin zamanda Azərbaycan xalqının təkidi ilə 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Ulu Ön-dərin hakimiyyətə gəlməsindən sonra müstəqilliyimizi qoruyub saxlamaq və inkişaf etdirmək mümkün oldu. Qısa zaman ərzində Ulu Öndər ölkəmizdə ardıcıl islahatlar keçirməyə başladı.Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi, iqtisadiyyatımız gücləndi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”,– deyirdi Ulu Öndər.
Məlum həqiqətdir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması istiqamətində gördüyü işləri bu gün onun davamçısı Prezident İlham Əliyev uğurla və layiqincə yerinə yetirir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahədə böyük inkişafa nail olundu. Hazırda Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdən birində dayanır.
Ümummilli Liderin ən böyük ar-zusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütöv-lüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı.
Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalına son qoydu. Bu Zəfər qızıl hərflərlə Azərbaycan tarixinə yazıldı. 2023-cü ildə cəmi 24 saat çəkən antiterror əməliyyatı zamanı ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. İndi Azərbaycan müstəqil və öz ərazi bütövlüyünü təmin etmiş bir dövlətdir.
Şuşanın azad olduğunu Azərbaycan xalqına çatdıran İlham Əliyev deyib: “Mən çox xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Ölkəmiz ərazi bütövlüyünü təmin etdikdən sonra bir neçə əlamətdar günləri də qeyd edirik. 8 noyabr–Zəfər Gününü və xalqımızın tarixinin ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si– Dövlət Suverenliyi Gününü.
Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş suveren və qalib xalq kimi qeyd edir. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyi-mizin sütunları getdikcə möhkəmlənir.
“Yeni Tərtər”