Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07İyn

    Şəhər 1 saylı tam orta məktəbində cari tədris ilində X “p” sinfin əsasında pilot layihə üzrə peşə təmayüllü sinif yaradılıb. Burada uşaqlara dərzi və kompüter operatoru peşələri öyrədilir.
    Sinfin rəhbəri Lalə Abdullayeva bu barədə deyir:
    –Müasir dövrümüzdə gənclər ali təhsil almaqla yanaşı, müxtəlif peşələrə, xüsusilə həyatımızda böyük tələbat olan müasir sahələrə maraq göstərirlər. Hazırda sinfimizdə təhsil alan uşaqlar məktəbi bitirdikdə attestatla birlikdə müvafiq peşəyə yiyələndikləri barədə sertifikat alacaqlar.
    Şagirdlərdən İsi Rüstəmzadə, Elçin Mürsəlov dərzi, Emil Ocaqlı kompüter operatorluğu üzrə biliklərə həvəslə yiyələnirlər.
    Qeyd edək ki, peşə təmayüllü sinfi bitirən uşaqlar gələcəkdə ali məktəblərdə təhsillərini davam etdirə biləcəklər. Onlar həm də istehsalatda seçdikləri sahə üzrə çalışmaq imkanı əldə edəcəklər.
    Bu layihə uşaqların peşə yönümünü müəyyənləşdirməkdə valideynlərə dəstəkdir. Həmçinin hal-hazırda işğaldan azad edilmiş ərazilərdə müasir peşələrə yiyələnmiş gənclərə böyük ehtiyac olduğunu nəzərə alaraq, növbəti dərs ilindən məktəbdə peşə təmayüllü siniflərin sayını ikiyə çatdırmaq nəzərdə tutulub.

    “YENİ TƏRTƏR”

     

    Müəllif: Redaktor, 09:19

İsmarıclar bağlıdır.