Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Apr

    Böyüməkdə olan nəslin fiziki inkişafına daha çox fikir verilməli, bədən tərbiyəsinin tədrisi yaxşılaşdırılmalı, hər bir məktəbdə səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir.
                                                                               Heydər Əliyev, Ümummilli Lider

    Xalqını, vətənini, torpağını sonsuz məhəbbətlə sevən, bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən, müasir Azərbaycanın müəllifi olan Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizin daha da çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına, bütün sahələrlə yanaşı bədən tərbiyəsi və idmanımızın inkişaf etdirilməsinə çalışmış, uzaqgörən siyasəti nəticəsində ölkəmiz cəmiyyət həyatının bütün sahələrində böyük uğurlar əldə etmişdir.
    Taleyinin sahibi olmaq, müstəqil dövlətini qurmaq hər bir xalqın ən böyük arzusudur. Ona görə müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs və ən şirin nemətdir. Bu neməti əldə etmək, müstəqillik arzusuna qovuşmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da mürəkkəbdir. Bunu yola saldığımız son 30 il bir daha sübuta yetirdi. Bu illər ərzində biz azadlığımız, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız mübarizədə çətinliklərdən keçdik, minlərlə şəhidlər verdik, əvəzində müstəqilliyimizi şərəflə qoruduq, Böyük Zəfərə nail olduq. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafında Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Gəncləri idman vasitəsilə layiqli Azərbaycan vətəndaşları kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki hazırlığına, sağlamlığına nail olmaq, peşəkar idmançıların uğur-lu çıxışına kömək edib onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Ümummilli Liderimiz Heydər Əliyevin başlıca amalı, həyat kodeksi idi. “Ən qədim zamanlardan belə Vətənin düşmənlərdən qorunması məqsədilə Azərbaycanda güclü pəhləvanlar hazırlanmış, onlar öz şücaəti və cəsarəti ilə ölkəmizə şan-şöhrət gətirmişlər. Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fi-ziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət bizim daxili-mizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıblar. İndi isə xalqımızın, millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək fürsəti almışıq. Bu böyük hadisə, böyük nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm. He-sab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var”. Ümummilli liderimizin arzuları artıq reallığa çevrilmişdir. Azərbaycan-da bədən tərbiyəsi və idmanın dinamik inkişafı, müxtəlif miqyaslı beynəlxalq yarışlarda qazanılan uğurlar, mötəbər yarışlara ev sahibliyi etmək respublikanı qabaqcıl idman ölkələri sırasına çıxarmışdır.
    Göstərilən uğurların əldə edilməsi bilavasitə bədən tərbiyəsi və idman kadrlarının hazırlanması, vətəndaşlarımızın günü-gündən fiziki və psixi inkişafının yüksəlməsi sayəsində mümkün olmuşdur. Azərbaycanda bədən tərbiyəsi və idmanın bugünkü inkişaf səviyyəsi həmin kadrlar və məktəb qarşısında daha böyük vəzifələr qoyur. Fiziki tərbiyə fənni ümumtəhsil məktəblərində şagirdlərin sağlamlığının və harmonik inkişafının təmin edilməsi məqsədini daşıdığından strateji əhəmiyyət daşıyan məsələlər sırasında durur. Yeni islahatlara müvafiq olaraq fənnin məzmun xətləri, onlar arasında qarşılıqlı əlaqə, tədrisin təhsil səviyyələri üzrə strategiyası müəyyənləşdirilmiş, qiymətləndirmə standartları və tədrisin təhsil səviyyələri üzrə strategiyası müəyyənləşdirilmiş, qiymətləndirmə standartları və normativləri işlənib hazırlanmışdır. fiziki tərbiyə müəllimlərinin peşəkar səviyyədə hazırlıqlı olması, onların yeni müasir yanaşmalara cavab verməsi ən vacib məsələlərdən biridir. Bu baxımdan fiziki tərbiyə və idman üzrə kadr hazırlığı və bu sahədə qazanılmış uğurlar göz qabağındadır. Bir mütəxəssis kimi düşünürəm ki, bu sahədə əsaslı dönüş yaratmaq üçün aşağıda göstərilənləri məqsədə müvafiqdir:
    1. Mütəmadi olaraq fənn üzrə təlimlə bağlı treninqlərin keçirilməsi;
    2. Təhsil sisteminin səviyyəsinin qaldırılması;
    3. Başqa dövlətlərdə olduğu kimi kadr hazırlığına bu sahədə təcrübə və tələbə mübadiləsinə diqqət artırılmalı;
    4. Xaricə təhsil almağa göndərilənlərin sayı dahada artırılmalıdır.
    Heydər Əliyev təhsilin mütləq inkişafyönümlü xarakter daşımalı olduğunu göstərmiş, təhsilin, cəmiyyətin, dövlətin, hər bir şəx-sin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulamışdır. “Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı – şagird də, müəllim də, bütün kollektiv də inkişafdadır” deməklə Ulu Öndər, əslində, məktəbdəki inkişafın bilavasitə burada həyata keçirilən təhsilin nəticəsi olduğunu diqqətə çatdırmışdır.
    Ulu Öndər təhsilin milli məqsəd və mənafelər əsasında qurulmasını zəruri saymışdır. O, israrla qeyd edirdi ki, uşaq və gənclər əsl azərbaycanlı, əsl vətəndaşlıq, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmalıdır. Heydər Əliyev təhsil quruculuğunun metodoloji əsasına “təhsil sisteminin xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun olması” ideyasını qoyurdu və tələb edirdi ki, “ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır”. Heydər Əliyevin indiki və gələcək nəsillərə ərməğan etdiyi irsi qiymətli bir xəzinədir. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək. Lakin onun işıqlı təfəkküründən süzülüb gəlmiş nadir fikir inciləri uğurlu gələcəyə gedən təhsil yolumuzda məşəl kimi daim şölənəcəkdir. Bu məşəlin şöləsi təhsilimizin qurulması və inkişaf etdirilməsi yönümlü fəaliyyətin metodoloji əsaslarına davamlı olaraq aydınlıq gətirəcəkdir, onu yanlışlıqlardan hifz edəcəkdir.

    Əsmər YUSİFLİ,
    Mingəçevir Dövlət Universitetinin magistri

    Müəllif: Redaktor, 15:35

İsmarıclar bağlıdır.