“Yeni Tərtər” qəzeti redaksiyasında baharın müjdəçisi olan 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.Redaksiyada çalışan qadınları təbrik edən qəzetin baş redaktoru Tofiq Yusif onların timsalında bütün Azərbaycan qadınları haqqında xoş sözlər söylədi. Bildirdi ki, ailə də, cəmiyyətdə də qadınlarımızın üzərinə məsul vəzifələr düşür. Onlar “zərif” cinsin nümayəndələri adlandırılsa da, bu zərifliyi saxlamaqla bərabər ən çətin sahələrdə kişilərlə çiyin-çiyinə çalışırlar.
Bu bayram münasibətilə kollektivdə çoxluq təşkil edən qadınların hər birinə pul mükafatı verildi. “Yeni Tərtər”