Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Fev

    Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan gəncliyinə yüksək qiymət verərək bildirib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, bu tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
    Belə gənclərdən biri də ra-yonumuzun Poladlı kəndinin sakini, “Azəraycan Bayrağı” ordenli, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları təltifçisi, Mingəçevir Dövlət Universitetinin tələbəsi Elnur Salahovdur.
    Elnur 19 avqust 2000-ci ildə anadan olub. 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılanda, artıq orta ixtisas təhsilli idi. O, Şəki Dövlət Texniki Kollecini bitirmişdi.
    Əvvəlcə Naxçıvanda xidmət edib, savaş başlayanda isə ok-tyabr ayından Xocavənd istiqamətindən döyüşlərə qatılıb. Bir dəfə yaralanıb, lakin yenidən cəbhəyə qayıdıb.
    Elnur deyir: “Yolumuz Şuşayaydı. Bu fikir özü o qədər qürurvericiydi ki, əsgər və zabitlərimiz dincəlmək nə olduğunu bilmədən irəli can atırdılar. Düşmən qarşımızda tab gətirə bilməyərək qaçırdı, onların istehkamları, özgə torpaqlarda qurduqları bütün kommunikasiyaları darmadağın edilirdi. Bu, döyüş ruhumuzu daha da artırırdı.”
    Bəli, Elnurgilin nəslindən olan gənclər Şuşanı görməmişdilər. Lakin onların hər biri anlayırdı ki, Prezident İlham Əliyevin dediyi kimi, “Şuşasız bizim tam qələbəmiz yarımçıq olacaq.” Elnur xüsusi təyinatlıların tərkibində sıldırım qayalarla bu şəhərə daxil olan ilk əsgərlərimizdən biridir, qürur duyduğumuz Şuşa fatehidir.
    Müharibədən keçən dövr ərzində onun həyatında çox şey dəyişib. Qız övladı dünyaya gəlib, universitet tələbəsi adını qa-zanıb.
    O deyir: “Biz döyüşəndə yalnız torpaqlarımızı azad etmək barədə düşünürdük. Ancaq sağ olsun dövlətimizin başçısı, hər birimizin zəhmətini yüksək qiymətləndirdi, bizi Vətənin yüksək mükafatları ilə təltif etdi”.
    Elnur Salahov rayon rəhbərliyinə də öz təşəkkürlərini çatdırdı. Qeyd etdi ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov daim şəhid ailələrinin, qazilərin yanında olur, onların qayğı və problemləri ilə maraqlanır.
    Müharibə başa çatsa da, Azərbaycanı gözü götürməyən qüvvələr hələ də arxayınlaşmayıblar. Elnur Salahov bildirdi ki, keçmiş döyüşçülər bu gün əmək meydanında öz fəaliyyətləri ilə ölkəmizin qüdrətini artırırlar.

    Müəllif: Redaktor, 15:15

İsmarıclar bağlıdır.