Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü, rayonun Seydimli kənd sakini Səfərov Cavid Rövşən oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin yaxınları, döyüş yoldaşları, kənd sakinləri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, şəhid Cavid Səfərov 2005-ci il yanvar ayının 24-də Tərtər rayonunun Seydimli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cavid Səfərov 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Seydimli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Səfərov Cavid Rövşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.