Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Dek

    Prezident İlham Əliyev cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxış edib.

    Dövlət başçısı bildirib ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.

    Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi.

    Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbiçi var idi. İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər.

    Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Ancaq Azərbaycanın müraciətləri və bəyanatları lazımi şəkildə dəyərləndirilmədi.

    Erməni separatçıları hazırda Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər. Ancaq zamanında təkliflərimizi rəd edən erməni separatçıları bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər.

    Sülh ilə bağlı olan ümidlər tükənmişdir. Qarabağda dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar sülh ilə bağlı olan bütün təşəbbüsləri boğurdular.

    İki hadisə baş verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi. İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu.

    Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı.

    Daha sonra Prezident İlham Əliyev bildirib ki, indi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz.

    Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.

    Azərbaycan əlindən gələni edir ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək.

    Diqqətə çatdırılıb ki, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır, o şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir.

    Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. İş yerlərinin yaradılması da vacib sahələrdəndir və biz qayıdış prosesini planlaşdırarkən diqqətimizi buna yönəldirik.

    Prezident ilham Əliyev bəyan edib ki, Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı.

    Reinteqrasiya istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər.

    Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi.

    Dünyada yeni vəziyyəti proqnozlaşdırmaq olmur. Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyi bilinmir. Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır.

    Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb. Ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturu yaratdıq və hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Bu olmasaydı, biz hələ də ermənilərlə bilinmir nədən danışmağa davam edəcəkdik.

    Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik.

    İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır.

    Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir.

    Münaqişə həll olunub. Münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi.

    Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı bütün həqiqətləri bilməlidir. Azərbaycan “Madrid prinsipləri” adlanan və nizamlanma üçün əsas hesab edilən əksər müddəaları həyata keçirib.

    Azərbaycan hər zaman konstruktiv mövqelərdən çıxış edib. Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub.

    Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var.

    Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır.

    Türkiyənin uzun illər Aİ namizəd olmasına baxmayaraq, onu Avropadan uzaq tutmaq qətiyyən qəbuledilməz və ədalətsiz yanaşma idi.

    Prezident İlham Əliyev Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı açıqlaması yalandır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq.

    Təəssüf ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Onların yürütdüyü siyasət və Azərbaycana olan münasibəti qəbulolunmazdır.

    Ümumilikdə Avropa Komissiyası ilə Azərbaycanın çox gözəl münasibətləri var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və neft-qaz sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində də əməkdaşlıq edəcəyik.

    Qeyd olunub ki, Özbəkistan bizə qardaşcasına yardım və dəstək təklif edən ilk ölkədir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışı oldu bu, yenidənqurma işinə, həm də qardaşlıq münasibətlərimizə böyük töhfə oldu.

    Qarabağın yenidən qurulmasında əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək.

    Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləyib. Biz əvvəlcədən bəyanat layihəsini razılaşdırmalıyıq. Bu, Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında razılaşdırılmalıdır. Bu görüş yaxşı hazırlanmalı və nəticəyönümlü olmalıdır. Çünki nəticəyönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış mesaj vermiş olarıq. Bu, bizim mövqeyimizdir və Brüsseldə anlayışla qəbul olunur.

    Avropa Parlamentində bir qrup məsuliyyətsiz insan var ki, onlar özlərini manyak kimi aparırlar. Anti-Azərbaycan orkestrinin təşkilatçıları digər insanların düşüncələrinə təsir göstərirlər, onların beyinlərini “yumağa” çalışırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır. Onlar Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul ediblər ki, onların da bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz bunu təəssüf hissi ilə qarşılayırıq.

    Ərazi bütövlüyümüzü bərpa etməkdə günahlandıranlar 10 milyonluq Azərbaycan xalqının əleyhinə danışırlar. Qərəzli danışanlar Qafqazdakı vəziyyəti yanlış şərh edir, dağıntılara və soyqırımına gözlərini yumurlar.

    Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər.

    İki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır. Əgər rəsmi İrəvan saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır. Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ ümumiyyətlə qeyd olunmur.

    Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdır, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil.

    Əgər rəsmi İrəvan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsa, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq.

    Ermənistanın ərazi bütövlüyünü sual altına çəkməkdə bizim daha çox tarixi, siyasi və qanuni hüquqlarımız var. XX əsrin əvvəlində Cənubi Qafqaz xəritələri necə olduğunu hamı bilir. Onlar mövcuddur. Bolşeviklər 1920-ci ilin noyabrında Zəngəzuru Azərbaycandan götürərək Ermənistana veriblər və bu, Azərbaycanın sovetləşdirilməsindən altı aydan az müddətdə baş verib. Həmin ərazi hissəsi bizdən götürülmüşdür.

    Biz istəyirik ki, gələcəkdə Azərbaycana potensial risk yaranmasın. Buna görə, biz Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik. Onlar bizə hər hansı təhlükə ehtiva etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacağıq.

    Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağa qayıtmaq istəyən şəxslər bunu edə bilər. Zəngilanda və digər yerlərdə tamamilə dağıdılmış yerlərdən fərqli olaraq, onların mənzilləri, evləri toxunmaz olaraq qalır. Erməni tarixi irsi tam qorunur. Hərbi polisimiz çox mühüm yerləri, o cümlədən insanların mülkiyyətini qoruyur.

    Ermənistan kəndlərimiz haqqında məlumatı əldə etmək üçün elektron reinteqrasiya portalını yaratmalıdır. Azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılıb, ya boş qalıb. Ermənistanda çətin demoqrafik vəziyyətdən irəli gələrək, onlar istədiyi kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilmirlər. Bəzilərində onlar yaşayır və lakin onların əksər hissəsi boşdur. Yəni, ən azı azərbaycanlılara həmin yerlərə getmək, görmək və ziyarət etmək imkanını yaratmalıdırlar.

    Bəyanatının doqquzuncu maddəsində aydın şəkildə qeyd olunur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməlidir və hətta yazılır ki, orada nəzarət və təhlükəsizliyi kim təmin edəcək. Bunu cənab Paşinyanın özü imzalayıb. İndi isə o, nə bu marşrutu, nə də ki, Rusiyanın bu işdə iştirakını istəyir.

    Azərbaycan öz beynəlxalq öhdəliklərinə hər zaman hörmətlə yanaşıb, lakin Ermənistan tərəfindən biz eyni yanaşmanı görmürük. Sovet vaxtında mövcud olmuş 42 kilometrlik dəmir yolu nəinki tikinti üçün hazır deyil, onun heç texniki əsaslandırma işləri başa çatdırılmayıb. Bəlkə, ümumiyyətlə başlamayıb. Bu, o deməkdir ki, onlara bu yol lazım deyil.

    Bizə Naxçıvanla, onun vasitəsilə Türkiyə ilə əlaqəmiz lazımdır. Keçidin tikilməsi məqsədilə İran tərəfi ilə razılığa gəldik. Artıq hər iki ölkənin hökumət rəsmiləri avtomobil körpüsünün tikintisi ilə əlaqədar Zəngilan rayonunun Ağbənd kəndində təməlqoyma mərasimində iştirak ediblər. Sonradan dəmir yolu körpüsü də salınacaq.

    Ermənistan yenidən dalandadır. Ermənistan özünü Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir, çünki hazırda onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur. Gürcüstan yolu isə separatçı Abxaziya regionuna görə bağlıdır. Onların Azərbaycan vasitəsilə də yolu yoxdur. Türkiyə ilə dəmir yolu və sərhədi də bağlıdır.

    Azərbaycanın əsas ərazisindən Naxçıvana asan çıxış olmalıdır. Azərbaycandan Azərbaycana yoxlamalar, müdaxilə olmalı deyil və bu, bizim legitim hüququmuzdur.

    Azad edilmiş ərazilərdə biz, həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk. Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb.

    Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı.

    Bu gün neft və qaz kəmərləri, dəmir yolları daxil olmaqla, Gürcüstan və Azərbaycanın böyük sərvətləri var, elektrik xətləri çəkiləcək, ticarət əlaqələri inkişaf edir, təhlükəsizliklə bağlı məsələlər həll olunur.

    Sülh sazişi, əlbəttə ki, əsas şərtdir, lakin yeganə şərt deyil. Onlar bizim indi bir-birimizi tərəfdaş kimi qəbul etdiyimizi nümayiş etdirməlidirlər. Paralel olaraq barışıq prosesi getməlidir. Ziyalılar, ictimai rəyə təsir edə biləcək insanlar arasında təmaslar daha çox olmalıdır və daha az nifrət nümayiş etdirilməlidir.

    Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Bu dəhlizin təşviq olunmasında Türkiyə ilə yanaşı, Azərbaycan və bir çox başqa ölkələr də fəal surətdə iştirak edirdi. Amma rəsmi İrəvan buna mane olurdular.

    Prezident bildirib ki, bütün cəmiyyətin milli ideya ətrafında cəmləşməsi baş verməsəydi, Qələbə mümkün olmazdı.

    Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Tezliklə Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcək ölkələrdən biri kimi müsabiqədə iştirak üçün ərizə verməsi barədə yaxşı xəbərimiz ola bilər.

    İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı lazımi proseduralar görülür.

    Təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparırıq. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qrupumuz kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir.

    Xüsusilə Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib.

    Təbii ki, transsərhəd çayların, xüsusən də Zəngilan ərazisindən keçən Oxçuçayın bəzən sarı rəngə boyanması böyük narahatlıq doğurur. Bu, həqiqətən də ekoloji fəlakətdir. Hazırda əsas qayğımız 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsidir.

    Dördüncü Sənaye İnqilabının həyatımıza sürətli müdaxiləsi ilə müşayiət olunacaq çağırışların, xüsusilə məşğulluqla bağlı çağırışın idarə edilməsi üzərində fəal işlər aparılır.

    Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Bu amil məşğulluq məsələsi üzərində işləməyə məcbur edir. Müstəqillik dönəmində əhalimiz yeddi milyondan on milyona və hətta bundan da çox artdı. Beləliklə, məşğulluq bizim üçün iqtisadi və sosial inkişafın çox mühüm amilidir.

    Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi sona çatır. Bu dörd il Qoşulmama Hərəkatının institusional inkişafı baxımından bizim üçün çox vacib olmuşdur. 119 üzv ölkə ilə təmaslar və Zirvə görüşlərinin təşkili baxımından Qoşulmama Hərəkatı böyük tərəqqi, həm də böyük beynəlxalq təcrübə əldə etmişdir.

    Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistanın bizə xəritələri verməsini deməsinə baxmayaraq, əslində, bu xəritələr faydasızdır. O ərazilərdəki onların bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar.

    Balkan ölkələrinin təcrübəsi onu göstərir ki, hətta 30 il sonra onlar mina problemini yaşayırlar. Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir.

    Beləliklə, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə Böyük Qayıdış davam edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu Qayıdışa əngəllər törədən bütün problemlər həll edilir, insanlar üçün rahat həyat və iş yerləri təmin olunur.

     

    Müəllif: Redaktor, 10:45

İsmarıclar bağlıdır.