Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İcra başçısı antiterror əməliyyatlarında şəhid olan həmyerlilərimizin 40 mərasimlərində iştirak edib
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhidlərin ailə üzvləri, qazilər və kənd sakinləri ilə birlikdə sentyabrın 19-da lokal antiterror əməliyyatı nəticəsində şəhid olmuş həmyerlilərimizin 40 mərasimində iştirak ediblər. Şəhidlər Ruslan Lalayevin, Elnur İbrahimovun, Rəşad Vəlizadənin, Cavid Səfərovun, Emin Abbaszadənin, Kənan Ağayevin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Mərasimlərdə rayon rəhbəri şəhidlərin ailə üzvlərinə başsağlığı verib, vətənpərvər oğullar böyütdüklərinə görə onlara minnətdarlıq edib.
Qohumlar, döyüş yoldaşları, dostları şəhidlərlə bağlı xatirələrini bölüşüblər.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
“Yeni Tərtər”