30 il işğalda olan torpaqların həsrətilə yaşayan, bir milyondan artıq qaçqın və köçkünü olan bir xalq üçün bundan böyük sevinc ola bilməz.
Bu sevinci isə bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bizim igid oğullarımız bəxş etdilər.
Mən özüm ötən əsrin 70- ci illərində Xankəndi Pedaqoji Universitetində təhsil almışam. Bu şəhəri çox sevirəm. İndi burada Prezident İlham Əliyev tərəfindən qaldırılan Azərbaycan bayrağının dalğalanması qəlbimi qürur hissi ilə doldurur.
Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası uğrunda şəhid olanları heç zaman unutmayacağıq. Prezidentimizə isə möhkəm cansağlığı, xalqımızın xoşbəxtliyi naminə işində uğurlar arzulayırıq.
Məlahət Quliyeva,
təqaüdçü müəllim, şəhərin Famil Qulami küçəsinin sakini