Bu günlərdə məktəbimizdə Anım Günü qeyd olunub. Tədbirdə şəhid ailələri və qazilər iştirak ediblər.
Məktəbin direktoru Kəmalə Əliyeva Azərbaycanın uzun illər ərzində nankor qonşularımızla apardığı mübarizədən, xalqımızın bu yolda şəhid verməsindən danışıb. Bildirib ki, məktəbimiz I Qarabağ müharibəsi şəhidi, igid komandir Aslan Kərimovun adını daşıyır. 3 sinif otağına isə 44 günlük Vətən müharibəsi şəhidlərinin adları verilib.
Şagirdlər daim böyük ehtiramla şəhidlərimizi anır, onların ailələrində olurlar. Bu, həmçinin uşaqların vətənpərvərlik tərbiyəsində böyük rol oynayır, dərslərindən əla və yaxşı qiymətlər almalarına ruhlandırır.
Tarix müəllimi Kifayət Kərimova isə Ali Baş Komandan, Ptezident İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əldə etdiyi şanlı Qələbədən danışıb. Qeyd edib ki, igidlərimizin əzmkarlığı sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. İndi o torpaqlarda bərpa və quruculuq işləri görülür.
Sonra şəhid atası Qüdrət Aslanov, qazi Amid Paşayev çıxış ediblər, şagirdlər isə Qələbəmizə aid şeirlər söyləyiblər.
Hamı birlikdə böyük qürur hissi ilə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.
Hüseyn İSAYEV,
şəhər 3 saylı orta məktəbin
VII sinif şagirdi