Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Avq

    ŞƏRƏFLİ HƏYAT YOLU

    Müstəqil Azərbaycanın yeni tarixinin son onillikləri sözün əsl mənasında islahatlar dövrü olmuşdur. İqtisadiyyat, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqları və azadlıqlarının təmini istiqamətində də köklü dəyişikliklər baş vermişdir. Müstəqilliyin ilk illərində çətinliklərlə üzləşən Azərbaycan xalqı yalnız 1993-cü ilin iyun ayından, dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyini möhkəmləndirməyə nail olmuşdur.
    Müstəqilliyin dövlətləşdirilməsi, yəni nəzəriyyədən praktikaya keçid Heydər Əliyev siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
    Silahlı Qüvvələr üçün kadrların hazırlanması işinə xüsusi diqqət ayıran Heydər Əliyevin müstəqilliyin qorunub möhkəmləndirilməsi istiqamətində gördüyü ən böyük işlərdən biri sözsüz ki, ayrı-ayrı dövlətlərlə hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsidir.
    Heydər Əliyev düşmən qüvvələrin Azərbaycana qarşı məkrli planlarının aşkara çıxarılmasında mühüm rol oynayan bu strukturların güclənməsi işinə xüsusi diqqət ayırmışdır. Hərbi milli kadrların yetişdirilməsinə yönəlmiş siyasəti öz bəhrəsini vermiş və məhz həmin kadrların fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmiş yüzlərlə təxribatların qarşısı alınmışdır.
    Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin yaşaması, demokratik, hüquqi cəmiyyət quruculuğunun təmin edilməsi milli dövlətçiliyin təməl prinsipləridir. Bu poses ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
    İlham Əliyevin dərin siyasi erudusiyaya malk olması, beynəlxalq təşkilatlar müstəvisində milli mənafelərin qorunması istiqamətində ardıcıl səyləri, pozitiv şəxsi və siyasi keyfiyyətləri imkan verir ki, Azərbaycan dövlətçiliyinin qorunması, Heydər Əliyev ənənələrinin davam etdirilməsi istiqamətində daha uğurlu addımlar atılsın.

    Ramiz Kərimov,
    hüquqşünas

     

    Müəllif: Redaktor, 10:36

İsmarıclar bağlıdır.