Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə rayonun ərazisində yerləşən hərbi hissələrdə “Açıq qapı” günü keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin digər təmsilçiləri iştirak ediblər. Nümayəndələr hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanışlıqdan sonra xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar.
“Açıq qapı” günündə iştirak edən rayon icra hakimiyyəti başçısının bi-rinci müavini Ramiz Şabanov rayon rəhbəri Müstəqim Məmmədovun adından hərbi hissənin şəxsi heyətini və əskər valideynlərini Dünya Azər-baycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayı-dışından sonra başlayıb. Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrilib.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Tədbirdə əsgərlərə rayon icra hakimiy-yəti tərəfindən bayram sovqatları paylanıb.
-
06Yan
Müəllif: Redaktor, 13:47
Teqlər: Digər