İpək telli tarın varmı,
Gülün soldu, barın varmı,
Leyli kimi yarın varmı,
Yananda sönə biləsən?
Çıxıb getsən kim biləcək,
Kim ağlayıb, kim güləcək,
Dünya nə vaxt düzələcək,
Göylərdən enə biləsən?
Tanrın səni görəcəkmi,
Dövran belə sürəcəkmi,
Əcəl imkan verəcəkmi,
Geriyə dönə biləsən?
Eşqi azan yol taparmı,
Bu bənövşə kol taparmı,
Bir od-ocaq tapılarmı,
Bir az isinə biləsən?
Göz yaşıyam qoymur axı,
Gözdə qalam hicran dağı.
Necə üz qoyub torpağı.
Doğma bir sinə biləsən?
Vahid Əziz, duymadın sən,
Ulu Tanrı nə səbəbdən,
Qoymur tutub ətəyindən,
Qalxıb, sevinə biləsən?