Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Yan

    240px-Ənvər_RzaƏnvər Rza

    Kəndin hər nemətdən yenə var payı –
    Qayanın kəkotu, dağın qar payı…
    Uzanıb yatdığım çəmən çarpayı,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!
    Xəyalım buludtək burdan ötəndir,
    Soruş: “Saçındakı bu dən nədəndir?”
    Yanmayıb qəlbimi yandıran təndir,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!
    Hər yan cənnət olar, qəşəng baxsalar,
    Bağban can yandırsa, qəşəng bağ salar.
    Ay qəşəng həyətlər, qəşəng baxçalar,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!
    Bu da “Yəhərləyib” mindiyim boz daş…
    Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
    Ömrümün ləzzəti a köhnə dam-daş,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!
    Vurğundur bu yala, yamaca Ənvər;
    Meyl edər yarpıza, umaca Ənvər!
    Ay quzu otaran balaca Ənvər,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!

    Müəllif: Redaktor, 09:50

    Teqlər:

İsmarıclar bağlıdır.