Bu dünyanı unudaram
Gülüm, sənin qucağında.
Lal olaydı, dinməyəydi
Dilim sənin qucağında,
Tapsa bizi qəza-qədər,
Ömrüm- günüm keçsə hədər,
Xoşdur mənə çəksəm əgər
Zülm sənin qucağında.
Ya vədini bu yaza ver,
Ya Bəhməni güdaza ver.
Heç olmasa icazə ver
Ölüm sənin qucağında!