Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev

    Acılı-şirinli tələbəlik həyatı insana həm də müstəqil yaşamağı, enişli-yoxuşlu yollarda öz ayaqları üzərində necə durmağı öyrədən bir mərhələdir. Bəli, mən–Quluyeva Səbinə Elxan qızı, jurnalistika ixtisası üzrə oxuyan, həyatının ən böyük arzusunu reallaşdıran gənc bir tələbəyəm. Tələbəlik həyatı çox gözəldir.
    Gəlin sizə həm bu uğurumdan, həm də tələbəlik həyatımdan bəhs edim. Univer-sitetlə bağlı nəticələrim açıqlandığı vaxt Naxçıvan Dövlət Universitetinə qəbul olduğumu öyrəndim. Sevindim, çünki tələbəçiliklə bağlı gözəl xəyallarım vardı. Amma eyni zamanda da tanımadığım şəhər məni bir az qorxudurdu. Ancaq düşündüyüm kimi olmadı. Burada hər kəs mənə çox doğmalıqla yanaşır. İnsanları çox mehriban və qonaqpərvərdirlər. Bununla da Naxçıvan şəhərini və oxuduğum təhsil ocağını sevdim. Bu şəhəri sevməyimdə və adaptasiya olmağımda universitet mediasının doğmalığı böyük rol oynayır. Jurnalistikada oxuduğum üçün daha böyük uğurlar əldə etməyə çalışıram. Bu sahədə tanınmış jurnalist olmağı mənə universitet mediası öyrədir. Nəinki mənə, əlbəttə ki, öz üzərində səylə çalışan bütün tələbələrə kömək edirlər. Media işçilərinin sayəsində düzgün xəbəri tamaşaçılara çatdırmağı, efir mədəniyyətini öyrənirəm. Bir tələbə ola-raq Naxçıvan şəhərini seçdiyim üçün peşiman deyiləm. Yaxşı ki, bu addımı atdım, o gözəl şəhərdə tələbə olmaq adını qazandım. Düzdür, çətinliklər də olur, amma təbii ki, uğurlar çətinlikləri unutdurur. Bu yolda mənə dəstək olan Universitet və Media müəllimlərimə öz təşəkkürümü bildirirəm.
    Artıq I semestri bitirib, böyüyüb boy-başa çatdığım Qəhrəman Tərtərimə, doğma şəhərimə tətilə gəlmişəm. Təbii ki, birinci növbədə evimizə deyil, hər zaman arxa-dayağım olan anamı görmək üçün “Yeni Tərtər” qəzeti redaksiyasına üz tutdum. Anamla və “Yeni Tərtər “ qəzetinin baş redaktoru, mənim tanıdığım və dəyər verdiyim, illərini jurnalistikaya həsr edən Svetlana Bağırovayla və bütün kollektivlə görüşdüm. Daha sonra əzizlərimlə, doğmalarımla və mənə tələbə adını qazanmaqda yardımçı olan müəllimlərimlə görüşdüm. Bir çox hisslər keçirdim, həm özləm, həm qürur. Təəssüratlarım çox gözəl idi. Doğma yurdum getdikcə gözəlləşir və günü-gündən abadlaşır. Bunu anladım ki, Qəhrəman Tərtərim və onun insanları üçün çox darıxmışam.

    Səbinə Elxanqızı,
    Naxçıvan Dövlət Universitetinin
    Jurnalistika ixtisası üzrə I kurs tələbəsi

    Müəllif: Redaktor, 10:42

İsmarıclar bağlıdır.