Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    O, həm də Tərtər rayonunun yetirməsi idi

    Fizika-riyaziyyat elmləri doktoru, professor Əliyev Bayram Zeynal oğlu 1971-ci ildə Göyçə mahalının Bala Məzrə kəndində anadan olub. O, uşaq olarkən ailəsi deportasiyaya məruz qalıb və digər həmkəndliləri ilə birlikdə Tərtər rayonunda məskunlaşıb. Son günlərinə qədər Bayram müəllim Bala Məzrədə keçən uşaqlığının və o yerlərin həsrətini çəkib.
    Bayram Əliyev 1960-cı il-də Tərtər rayonunun Qaradağlı kənd orta məktəbini bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1965-ci ildə universiteti bitirib. 1966-cı ildə Elmi Şuranın qərarı ilə aspiranturaya göndərilən Bayram Əliyev Sankt-Peterburq şəhərində oxuyub. Təhsilini başa vurduqdan sonra riyaziyyat elmləri namizədi, dosent, 1990-cı ildə isə fizika-riyaziyyat elmləri doktoru, professor elmi dərəcəsini alıb.
    Bayram Əliyevin 178 elmi məqaləsi işıq üzü görüb və həmin məqalələr Yaponiyada, İngiltərədə, Fransada, Almaniyada və keçmiş SSRİ-nin respublikalarında nəşr olunan jurnallarda çap edilib.
    Bayram müəllim 45 il ərzində Azərbaycan Texnologiya Universitetinin Ümumi və tətbiqi fizika kafedrasına rəhbərlik edib.
    O, elmi bilikləri gənc nəslə çatdırmaqla yanaşı, həmçinin tələbələrin dünyagörüşünün formalaşmasına, onlara Vətənə məhəbbət hisslərinin aşılanmasına diqqətlə yanaşırdı. Qərbi Azərbaycan mövzusu daim dilindən əskik olmurdu. Bütün varlığı ilə inanırdı ki, yenə də azərbaycanlılar öz yurd-yuvalarına qayıdacaqlar. Əmək və elmi fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edən Bayram Əliyev bu dahi şəxsyiyyətin diqqət və qay-ğısını həm Azərbaycan elmi, həm də öz üzərində daim hiss etmişdir.
    Bu gün Oğuz yurdunun bu məşhur ziyalısı aramızda yoxdur. Ancaq onun elmi irsindən, faydalı tövsiyələrindən faydalanaraq yetişən gənc alimlər, mütəxəssislər ölkəmizin inkişafında layiqincə iştirak edirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:02

İsmarıclar bağlıdır.