Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) layihəsinin “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin ekspertləri tərəfindən rayonumuzda “Münaqişədən təsirlənən icmalarda qadın liderlərin inkişafı” adlı layihə çərçivəsində görüşlər keçirilmişdir.
Tərtər rayon Qadın Resurs Mərkəzində keçirilən görüşdə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, şəhər 6 saylı tam orta məktəbdə keçirilən görüşdə isə 2 məcburi köçkün icmasının nümayəndələri iştirak ediblər.
Görüşdə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli çıxış edərək iştirakçıları salamlamış, tədbirin əhəmiyyətindən danışmışdır. İctimai birliyin ekspertləri Şərqiyyə Dadaşova, Telman Dadaşov və Aliyə İmanova yu-xarıda qeyd olunan mövzuda çıxış edib, təlimdə iştirak edən qadınların suallarını cavablandırıblar.