Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Dek

    1409632063_1400832385_mwsteqimƏziz tərtərlilər!
    Sizinlə birlikdə daha bir ili yola salıb, yeni ümid və arzularla 2016-cı ili qarşılayırıq. Əlbəttə, 2015-ci il bütövlükdə Yer kürəsi üçün elə də asan keçmədi. Dünyanın müxtəlif yerlərində tüğyan edən müharibələr, terror aktları, qardaş qırğınları milyonlarla günahsız insanın həyatına son qoydu, çoxları evsiz-eşiksiz qaldı. Avropaya miqrant axınının ardı-arası kəsilmir.
    Qan çanağına dönmüş dünyada Azərbaycan, Prezident İlham Əliyevin dediyi kimi, “sabit adanı” xatırladır. Ötən il ərzində ölkəmizin iqtisadi uğurları daha da artıb, bunun nəticəsi olaraq bütün sosial proqramlar yerinə yetirilib.
    O cümlədən Tərtər rayonunda hər bir sahədə ürəkaçan nailiyyətlər qazanılıb. İlk növbədə biz sizinlə birlikdə şəhərimizi və onun kəndlərini daha da abadlaşdırmışıq. Yeni layihələrin, o cümlədən su və kanalizasiya sisteminin çəklişinin icrasına başlanılıb.
    İqtisadi sahədə əldə etdiyimiz nəticələr də göz qabağındadır. “Kənd təsərrüfatı ili” çərçivəsində rayonda iri fermer təsərrüfatları yaradılıb, əkinçilik və heyvandarlıq elmin son nailiyyətləri tətbiq olunmaqla inkişaf etdirilərək ölkədə ərzaq istehsalına samballı töhfələr verilib. Hər bir tərtərli Azərbaycanın artan qüdrətinə öz payını vermək üçün əlindən gələni əsirgəməyib və bu gün də əsirgəmir.
    Dövlətimiz, Tərtərin inkişafını və tərtərlilərin rifahını diqqət mərkəzində saxlayır. Ötən il biz şəhid ailələri və əlillər üçün inşa olunmuş daha bir yaşayış binasını istifadəyə verdik, bundan əlavə, şəhərin özündə və kəndlərində bu təbəqədən olan insanlar üçün 10 fərdi evin tikintisinə başladıq.
    Kəndlərimizin qazlaşdırılması, suvarma və içməli suya olan tələbatını ödənilməsi istiqamətində işlər davam etdirildi.
    Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaş-dırılması məqsədilə onlar üçün yeni qəsəbənin salınmasından ötrü lazım olan bütün tədbirlər görüldü və 2016-cı ildə bu layihə də artıq reallaşacaq.
    Tərtər cəbhə bölgəsidir və 48 km məsafədə düşmənlə təmas xətti boyunca yerləşən cəbhəyanı kəndlərimizin qayğıları, problemləri də diqqət mərkəzində saxlanılıb. Mənfur düşmən hər gün sabitliyi pozmağa cəhd göstərsə də, o, Azərbaycan Ordusunun və qəhrəman tərtərlilərin cəsurluğu nəticəsində buna nail ola bilmir.
    Ümumiyyətlə, ordu ilə rayon sakinləri arasında sıx birlik var və arxada qoyduğumuz ildə birbaşa hərbi hissələrdə keçirdiyimiz çoxlu sayda tədbirlər, vətəndaşlarla, o, cümlədən analarla əsgərlərin görüşləri buna parlaq misaldır.
    Qeyd etmək istəyirəm ki, doğma Azərbaycanımızın hüdudlarından kənarda yaşayan tərtərlilərin də sayı az deyil. Xüsusən xaricdə təhsili alan və işləyən gənclərimiz çoxdur.
    Sevindirici haldır ki, onlar daim rayonumuzla əlaqə saxlayır və Azərbaycan həqiqətlərini, ölkəmizdəki tolerantlıq və multikulturalizm mühitini geniş şəkildə təbliğ edirlər.
    Narahat dünyamızda qarşıya çıxan problemlərin öhdəsin-dən gəlmək üçün bu gün bizim birliyimiz xüsusilə vacibdir. Mən əminəm ki, həmişə olduğu kimi, qarşıdan gələn yeni ildə də tərtərlilər möhtərəm Prezidentimizin ətrafında sıx birləşəcək, ölkəmizdəki sabitliyi, əmin-amanlığı qorumaq üçün əllərindən gələni edəcəklər.
    Sizi, rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkün bacı və qardaşlarımızı, səngərlərdə keşik çəkən əsgərlərimizi 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəy-lik Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, 2016-cı il sülh ili, bolluq və bərəkət ili olsun! Bayramlarınız mübarək!

    Müəllif: Redaktor, 14:25

    Teqlər:

İsmarıclar bağlıdır.