Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Noy

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonumuzun Xoruzlu kənd tam orta məktəbində “Narkotikə yox deyək!” və erkən nigah mövzularına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəbdəki Şəhidlər abidəsinin önünə gül-çiçək dəstələri düzüb, Vətən uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tədbirdə rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov ümumbəşəri bəla olan narkomaniya ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki narkomaniya ilə mübarizə yalnız dövlət orqanlarının, polisin deyil, hər bir vətəndaşın işi olmalıdır. Xüsusilə ailələrdə valideynlər övladlarına qarşı diqqətli olmalı, öz nümunələri ilə sağlam həyat tərzini təşviq etməlidirlər.
    Tədbirdə rayon mərkəzi xəstəxanasının Ailə, Sağlamlıq Mərkəzinin şöbə müdiri Bəkir Nağıyev, rayon təhsil sektorunun aparıcı mütəxəssisi Mahir Qurbanov, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova narkotiklərdən istifadənin və erkən nigahın fəsadlarından danışıb və şagirdlərə asudə vaxtlarını səmərəli keçirməyi, ayıq-sayıq olmağı tövsiyə ediblər.
    Məktəbin direktoru Elşən Səfərov maraqlı və aktual tədbir üçün qonaqlara təşəkkür edib.
    Sonda mövzu ilə bağlı videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:44

İsmarıclar bağlıdır.