Yazda çalan qışda oynar.
Yeməyin qulu, işləməyin xəstəsi. Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.
Sənət insan üçün xəzinədir.
Tənbələ iş buyur, o sənə nağıl danışsın.
Usta görməyən şagirdin gözü əllərdə qalar.
Çalışqan əl nəyə dəysə qızıl olar.
Ağıllı baş hər şeydən mənfəət götürər.
Ağıllı qəm yeyər, ağılsız qamçı.
Bacarıq ağılın nişanəsidir.
Abdaldan paşa olmaz, taxtadan – maşa.
Göz görmək üçün, ağıl bilmək üçün.
Qafil yaşamaqdan ölmək yaxşıdır.
Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
Məkkəyə gedən dəvə hacı olmaz. .Ağalıq verimlədir, igidlik vurumla.
Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
Beş günün yarağı, bir günün gərəyi.
Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
Qorxu adama yalan söylədər.
-
25Dek
Müəllif: Redaktor, 09:23
Teqlər: Ədəbiyyat