Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Dek

    NərmanTərtərin ilk şəhidlərindən söhbət düşəndə Quliyev Nəriman Allahverdi oğlunun da adı çəkilir. O, 1967-ci il avqust ayının 1-də Tərtər rayonunun Qaynaq inzibati ərazi dairəsinin Qapanlı kəndində anadan olub. Yaşadığı kəndin orta məktəbini bitirib. Sonra o zamankı 96 №-li texniki peşə məktəbində təhsil alıb. 1985-1987-ci illərdə hərbi xidmət keçib.
    Xidməti borcunu yerinə yetirən zaman əlaçı əsgər kimi valideyn-lərinə dəfələrlə təşəkkür məktubu gəlib. Atası Allahverdi kişi oğlu-nun yaxşı sorağından həmkənd-lilərinə həmişə qürurla danışardı.
    Gənc əsgər hərbi xidmətdən qayıdandan sonra Tərtər rayon polis şöbəsində işə düzəlib. 1988-ci ildən başlayan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi getdikcə genişlənir, erməni quldurları himayədarlarına arxalandıqları üçün Azərbaycan kəndlərinə hücumlar edir, vəhşiliklər törə-dirdilər. Elə buna görə də Nə-riman Quliyev öz həmyaşıdları kimi Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının tərkibində 1992-ci ildə keçmiş Ağdərə ra-yonunun Marquşevan kəndinin ermənilərdən təmizlənməsin-dəki qeyri-bərabər döyüşdə son qüvvəsinədək vuruşub və şəhid olub.
    Ailənin tək oğlan övladı olan Nərimanın ölümü anası Məla-hətin də ölümünü qaçılmaz etdi. Həyat yoldaşı Ağgül xatırlayır ki, 1994-cü il idi, qapıda səs gəldi. Məlahət ana çölə çıxanda bir polis işçisi ilə qarşılaşdı. O, qonşuya gəlibmiş. “Həyatda insan qoşa yaranır”­-deyirlər. Gələn həmin polis nəfəri Nərimana çox oxşayırmış. Sanki oğlunu görən Məlahət ananın ürəyi həmin saat dayandı. “Nəriman, Nəriman” deyə 2 il günlərini ağlaya-ağlaya keçirən ananın da aqibəti belə oldu.
    Nəriman şəhid olanda 2 qızı yadigar qalıb. Həyat yoldaşı Ağgül atasız qalan övladları Şəbnəm və Aynuru minbir əziyyətlə böyüdüb. İndi həmin qızların biri ailəlidir.
    Nəriman Qapanlı kənd qəbiristanlığında dəfn olunub.Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.

    Əvəz  Nəsirov

    Müəllif: Redaktor, 11:50

    Teqlər:

İsmarıclar bağlıdır.