Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Avq

    TƏRTƏRDƏ QƏHRƏMANLIQ OVQATI SÖNMƏYİB

    Zəfər tariximizə çevrilmiş İkinci Qarabağ mühari-bəsinin yaratdığı xoş ovqat, yüksək əhval hələ də varlığımıza hakimdir. Xalq-ordu birliyinin yenilməz qüdrəti 30 ildən bəri gözlədiyimiz günü gerçəkləşdirdi, “dəmir yumruq” düşmənin başında ildırım kimi çaxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz, vətən sevdalı igid oğullarımız cənnət Qarabağı erməni iş-ğalçılarının caynağından xilas etdilər.
    Hə xoş ki, azadlığa qovuşan torpaqlarımız, ər oğulların qanı ilə yaralarına məlhəm qoyulan Vətənimiz indi rahat nəfəs alır. Cənnət Qarabağ buludların arxasından çıxan yaz günəşi kimi yenidən üzə gülür, bu yerin əsl sahiblərinə “gəl-gəl” deyir. Xalqına, vətəninə sonsuz məhəbbətlə bağlı, ömrünün mənasını Azər-baycanın parlaq gələcəyi uğrunda mübarizədə görən Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur indi yenidən qurulur, erməni faşistlərinin misli görünməmiş qəddarlıqla odlara qalayıb viran qoyduqları kəndlər, şəhərlər dirçəlir. Fərəhlidir ki, yeni salınmış “ağıllı kənd” artıq öz sakinlərini qəbul edib. Dövlətin qayğıkeşliyindən qaynaqlanan quruculuq işləri sürətlə davam edir. İşğaldan azad olunmuş ərazilərdə böyük sürətlə müasir tələblərə cavab verən yollar çəkilir, körpülər salınır, tunellər tikilir, yaraşıqlı binalar, evlər inşa olunur, vacib sosial infrastruktur yaradılır.
    Bu bir həqiqətdir ki, zəfər bizə hədiyyə edilməyib. Biz onu qanlar, qurbanlar bahasına qazanmışıq. Bu müqəddəs savaşda övladlarımız qəhrəmanlıqla döyüşüb şəhid olmuş, əbədiyyətə qovuşmuşdur. Müha-ribədən sağlamlığını itirib qazi kimi dönən oğullarımız da var. Bu gün şəhid ailələri, qazilər dövlətin və Prezidentin himayəsi ilə əhatə olunublar. Dövlət başçısı İlham Əliyev əhali-nin bu zümrədən olan tə-bəqəsinə diqqətin onun üçün prioritet olduğunu dəfələrlə bəyan etmişdir.
    İkinci Qarabağ savaşında ziyan görən rayonlardan biri də Tərtər olmuşdur. 44 günlük müharibədə rayon mərkəzinə və kəndlərə 16,2 mindən çox qrad, tank, artilleriya mərmisi, qadağan olunmuş 21 raket atılmışdır. Nəticədə rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, ilk peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb və 7 mədəniyyət müəssisəsinə, məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına böyük ziyan dəymişdir, xeyli dağıntılar olmuşdur. 60 fərdi yaşayış evi və mənzil, 2 sosial və 6 sahibkarlıq obyekti, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşmüş, 5344 fərdi yaşayış evi və mən-zildə təmir-bərpa işlərinə zərurət yaranmışdır. Hazırda dövlətin ayırdığı vəsait hesabına müharibənin həmin fəsadları aradan qaldırılır.
    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov deyir ki, müharibə təkcə dağıntılar törətməmiş, eyni zamanda mənəvi-psixoloji problemlər də yaratmışdır: “Dağılan evi bərpa etmək, yenidən tikmək mümkündür. Dövlətimizin güclü iqtisadi durumu bunu uğurla qarşılayır. Mənəvi-psixoloji zədələri sağaltmaq isə çox çətindir, xüsusi yanaşma, həssas münasibət, səbir, təmkin, qayğı və diqqət tələb edir. Xüsusi qayğıkeşliyə ehtiyacı olan insanlara, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sərgilədikləri isti və doğma münasibət bizim üçün, hər bir dövlət məmuru üçün örnək və nümunədir. Rayonda 45 nəfər hərbi, 16 nəfər mülki şəhid ailəsi vardır. Müharibə əlillərinin sayı 48, müharibə iştirakçılarının sayı isə 1554 nəfərdir. Onların hər biri xalqımız üçün hörmət və ehtiramın, sevgi və məhəbbətin, qayğıkeşliyin və diqqətin dəyişməz ünvanıdır. Dövlətimiz də, xalqımız da şanlı zəfər üçün məhz onlara borcludur. Bu şərəfli borcu layiqincə ödəmək üçün Tərtərdə bütün qüvvələr, mövcud imkanlar səfərbərdir. Biz onların qayğılarını öyrənmək, hansısa bir işlərinə yardımçı olmaq üçün qapılarını döyməkdən, ayaqlarına getməkdən qürur duyuruq”.
    RİH-in başçısından öyrənirik ki, Tərtər şəhərində 7 küçəyə şəhid adı verilib, şəhid ailəsi üzvlərindən 17 nəfər münasib işlə təmin olunub, 4 şəhid ailəsi mənzillə təmin edilib, “Şəhidlər abidə kompleksi” yenidən qurulub, 17 şəhid ailəsi və 15 qazi əkin üçün torpaq sahəsi ilə təmin olunub, 11 şəhid ailəsinə və qaziyə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer ayrılıb, 5 şəhid ailəsinə və qaziyə həyətyanı torpaq sahəsi verilib.
    Tərtər şəhər sakini şəhid atası Cəmil Hacıyev bizimlə söhbətində əhatə olunduqları qayğıkeşlik və diq-qətdən minnətdarlıqla söz açdı:
    – Ölüm haqdır, vaxtı çatanda hər kəs bu dünyanı tərk edir. Şəhid olmaq isə insan ömrünü ölümsüzləş-dirir. Oğlum Qubad öz qəhrəmanlığı ilə adını canından artıq sevdiyi vətənin tarixinə yazdı. Bu gün onun adını təkcə doğma ailəsi deyil, bütün el-oba ehtiramla yad edir. Bir ata olaraq bu, mənə qürur verir. Dövlətimizin, Prezident İlham Əliyevin şəhid ailələrinə münasibətindən çox razıyıq. Biz övladlarımız şəhid olub deyə kiməsə minnət vurmamalıyıq. Ehtiyac yaranarsa, bu vətənə qurban getməyə hamımız hazır olmalıyıq. Azərbaycan hamımızın vətənidir, onun azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşmək hər kəs üçün şərəfdir.
    Bu günlər Tərtərdə yenidən qələbə ovqatı yaşanır. Ordumuzun erməni təxribatlarına verdiyi tutarlı ca-vab, uğurla reallaşan “Qisas” əməliyyatı bölgədə yüksək əhvali-ruhiyyə yaradıb. Tərtərlilər öz qəhrəmanlıq ənənələrinə yenə də sadiqdilər. Onlar silaha sarılaraq Ermənistan silahlı quldurlarının tör-töküntülərini ərazilərimizdən qovub çıxarmaq üçün döyüşlərə atılmağa hazırdılar.

    Lazım QULİYEV,
    “Azərbaycan”

     

    Müəllif: Redaktor, 09:48

İsmarıclar bağlıdır.