Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq

    Ölkəmizdə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin artırılması məqsədi ilə bir sıra proqramlar həyata keçirilir. Onlardan biri də yay və qış düşərgələrinin təşkilidir. Hazırda yay düşərgələrinin keçirilməsi davam etdirilir. Bu günlərdə Umudlu kənd tam orta məktəbinin şagirdləri Nilufər Zeynalzadə, Bəhram Məmmədli və Nərgiz Məmmədova təhsil üçün “Əl-ələ” yay düşərgəsindən xeyli təəssüratlarla geri dönmüşlər. Bununla əlaqədar Nilufər Zeynalzadə ilə görüşüb söhbət etdim.

    Nilufər 9-cu sinfi bitirib . Dərs əlaçısıdır. Buraxılış imtahanlarından yüksək nəticə göstərdiyi üçün Təhsil Nazirliyi tərəfindən fərqlənmə attestatına layiq görülüb. Onunla söhbətimizdən öyrəndim ki, gələcəkdə savadlı, qanunlarımızın ke-şiyində dayanan hüquqşünas olmaq arzusu ilə yaşayır. Mükəmməl bir hüquq işçisi olmaq üçün təkcə dərslərinə fikir vermir, həm də fənn olimpiadalarında iştirak edir, sosial bacarığını artırmağa çalışır. Elə Təhsil Nazirliyi tərəfindən Azərbaycan və Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) dəstəyi ilə təşkil olunmuş yay düşərgəsində keçirilən təlimlər bu məqsədlə təşkil olunmuşdur.
    Nilufər düşərgədən razılıq hissi ilə söz açırdı. Bildirdi ki, Böyük Britaniya Səfirliyinin dəstəyi ilə keçirilən layihə əsasən on rayonun kənd məktəblərinin şagirdləri üçün təşkil olunmuşdu. “Lebraff” kitabxanasında, ölkəmizin tanınmış universitetlərində, parlamet binasında və başqa görkəmli yerlərdə keçirilmiş ekskursiyalar hər birində xoş təəssüratlar yaratdı, sosial sahəyə maraqlarını artırdı. Ən əsası burada əldə olunan biliklər xaricdə təhsil almaq arzusunda olan gənclərə qarşılaşacaqları çətinlikləri uğurla dəf etməyə köməkdir.
    Sözünə davam edən Nilufər dedi:
    – Təhsil üçün “Əl-ələ” layihəsi 2016-cı ildən həyata keçirilir. İnanıram ki, bu layihələrdə iştirakımız, bizə uğurlar qazandıracaq. Builki layihə 25-29 iyun tarixlərində baş tutmuşdur. Layihəyə qoşulan hər bir gəncin məntiq bacarıqları yoxlanıldı, esse yazdırıldı, ixtisas seçməkdə köməklik göstərildi. On rayonun ən qabaqcıl kənd məktəblərindən 30 nəfər şagirdin bir araya gəlməsi dünyagörüşümüzün formalaşmasına öz müsbət nəticəsini göstərdi. Biz “İbis” mehmanxanasında yerləşdirilmişdik Burada əyləncəli saatların keçirilməsi, idman oyunlarının təşkili, dənizkənarı parka səyahət yay düşərgəsində vaxtımızın daha sə000000mərəli keçməsinə səbəb oldu.
    Təhsil üçün “Əl-ələ” layihəsinin iştirakçılarına sonda Britaniya səfirliyinin sertifikatları təqdim olunub. Rayonumuzu yay düşərgəsində təmsil etmiş Nilufər Zeynalzadəyə, Bəhrəm Məmmədliyə və Nərgiz Məmmədovaya gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıram.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:58

İsmarıclar bağlıdır.