Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Mar

    İdmançılarımızın uğurları

    1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni srtategiyanın təməlini qoyub. Ölkə Prezidenti İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə qayğı yüksəldi. Bu tarix İlham Əliyevin «Bədən tərbiyəsi və İdman gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir.İD

    Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirak edərək yüksək qələbələr qazanırlar. Qaliblər arasında da vardır. Hazırda Kiq-boksinq idmanının peşəkar «K-1» növü üzrə Moskva şəhərində dünya çempionatında bizim idmançılar da iştirak edir. İnanırıq ki, həmyerlimiz qələbə ilə qayıdacaqdır.

    Tərtər rayonunun idmançıları da muxtəlif olimpiadalarda iştirak edərək uğurlar qazanırlar. Ötən il yeniyetmələr arasında  Tərtərdə  keçirilən kiq-boksinq zona yarışında iştirak edən 15 komanda arasında komandamız 1-ci yerə çıxmış, Araz Yusifzadə, Rəvan Cəlal Hüseynov, Əlizamin Nağızadə, Vüqar Bağırov, Cəhdi çempion adı qazanmışlar. Yunan-roma güləşi üzrə yarışda 2 nəfər həmyerlimiz–İsgəndər Mirzəzadə və Yasin Quliyev birinci yerin qalibi olmuşlar.

    2015-ci ilin yola saldığımız fevral ayı rayonumuzun idmançıları üçün uğurlu olmuşdur. Belə ki, Bakı şəhərinin Hövsan Olimpiya Kompleksində keçirilən «muy-tay» üzrə Azərbaycan çempionatında dörd idmançımız iştirak etmişdir. 370 nəfərdən çox idmançı arasında Fəxri kürsünün birinci pilləsini həmyerlimiz  Fərid İlqaroğlu tutmuşdur. O, 44 kq çəki dərəcəsində 3 idmançı ilə döyüşdə ikisini nakautla məğlub edərək birinci yerə çıxmışdır. Həmin yarışda Ağabəy Vəlizadə də 60 kq çəki dərəcəsində  rəqiblərini nakautlla məğlub etmiş və birinci yerin sahibi olmuşdur. Toğrul Əliyev isə 48 kq çəki dərəcəsində üçüncü yerlə kifayətlənmişdir.

    Qarşıda idmançılarımızı daha gərgin yarışlar gözləyir.

    Bütün növlər üzrə idmançılarımızın yetişməsində məşqçi müəllimlər Sabir Zeynalovun, Əhməd İsmayılovun, Camal Hüseynovun və Faiq Məmmədovun böyük əməyi vardır.

    Elfuzə Vəliyevə        

    Müəllif: Redaktor, 11:26

    Teqlər:

İsmarıclar bağlıdır.