Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Noy

    Изображение 102Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılır.
    Bu günlərdə Köçərli və Hüsənli kəndlərində, ümumilikdə 82 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan yeni artezian quyuları istifadəyə verilib.
    Bu münasibətlə keçirilən təd-birdə çıxış edən rayon icra ha-kimiyyəti başçısının birinci müavini Ramiz Şabanov son illər respublikada, o cümlədən Tərtər rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin suvarma və içməli suya olan tələbatlarının ödənilməsi sahə-sində görülən işlərdən danışıb. Qeyd edib ki, Tərtər rayonunda hazırda 470 artezian quyusu fəaliyyət göstərir. Növbəti mərhələlərdə də əhalinin suya olan təlabatının ödənilməsi üçün yeni quyuların qazılması nəzərdə tutulur.
    Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr mü-avini Zakir Quliyev iştirak edib.
    Tədbirdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı başç cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 14:26

İsmarıclar bağlıdır.