YAP Tərtər Rayon Təşkilatının üzvləri partiyanın 23-cü ildönümünə həsr olunmuş tədbirə toplaşmışdılar. Öncə tədbir iştirakçıları Ulu Öndərin şəhərin Mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər.
Tədbir Ümummilli Liderin adını daşıyan Mərkəzdə davam etdirildi. YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, 1992-ci ilin noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyası 23 ildə bütün çətinliklərdən alnıaçıq, üzüağ çıxaraq, ölkəmizdə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğuna öz layiqli töhfələrini verməkdədir.
Hazırda partiyanın rayon təşkilatında 84 ərazi ilk partiya təşkilatı və 5723 nəfər YAP üzvü vardır ki, onlardan da 3003 nəfəri qadın, 2720 nəfəri kişi, 1483 nəfəri isə gənclərdir. Bu ilin ötən aylarında 203 nəfər müxtəlif təbəqənin və sosial qrupun nümayəndəsi Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuşdur.
Məruzə ətrafında gənclər və idman idarəsi ərazi ilk partiya təşkilatının sədri Səadət Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Qaradağlı kənd ərazi ilk partiya təşkilatının sədri Lətif Həmidov, “Yeni Tərtər” qəzeti ərazi ilk partiya təşkilatının sədri Elfuzə Vəliyeva, RİH aparatında aparıcı-məsləhətçi Tunarə Məmmədza-də, YAP Tərtər Rayon Təşkilatının Şura üzvü Faiq Məmmədov çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyası xalqın və dövlətin hakim partiyasıdır. Ulu Öndərin söylədiyi kimi, bu günün, sabahın və gələcəyin partiyasıdır.Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş beş nəfərə YAP-ın üzvlük vəsiqəsi təqdim olundu.