Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 03Fev
    2 fevral – Azərbaycan Gəncləri Günü əsası ümummilli lider Heydər Əliyev təərfindən qoyulmuş dövlət- gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxmışdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, hər il fevral ayının 2-si Azərbaycan Gəncləri günü elan edilmiş və həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılmışdır. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”- söyləyən Ulu Öndər Heydər Əliyev hər zaman bu prinsipinə uyğun addımlar atmışdır. Təsadüfi deyil ki, bir çox sahədə olduğu kimi, gənclər siysətində də Azərbaycan bir çox ölkələri qabaqlamışdır. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikden xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumidünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust-Beynəlxalq Gənclər Günü elan edilmişdir. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bugün artıq öz təsdiqini tapmaqdadır. Bugün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.

    Azərbaycan gəncliyinə dövlət qayğısı hər zaman prioritetlərdən olmuşdur. Təsadüfi deyil ki, Ulu öndərin 1996-cı ilin 22iyun tarixində “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” fərmanlar imzalanmış, 2002-ci il 9aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun və Fərmanlar Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir, inkişafının təmin edilməsi sahəsində atılmış mütəqqi addımlar idi. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edir və vurğuladığı “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – bu fikrrlər dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktuallığını qoruyub saxlayır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
    Azərbaycan gəncliyi hər zaman dövlətimizin qayğısını hiss etmişdir. Təsadüfi deyil ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyinin öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlət başçısı mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycanı dünyanın qabaqcıl idman ölkələrindən birinə çevirib. Gənc nəslin sağlam inkişafı hər bir şeydən önəmlidir.
    Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurların qazanılmasına stimul verir, mühüm rol oynayır. Beynəlxaq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən ilə artır. Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, post-neft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bundan əlavə olaraq qürur hissi ilə deyə bilərik ki, eyni zamanda gənclərin rifahına xidmət edən mühüm digər Dövlət Proqramları da dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir:
    – “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);
    – “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;
    – “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
    – “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı.
    Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir. Eyni zamanda qeyd olunmalıdır ki, Gəncə şəhəri 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülmüşdür. Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır.
    Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin əsas məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə ötən il təşkil ounan respublika toplantısında iştirakı dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi, gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsil bayram sevinci yaşatmışdır.
    Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən II Qarabağ – Vətən Müharibəsi oldu. Rəşadətli Azərbaycan ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Sevindirici haldır ki, gənclərimiz vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etmişlər.

    Müəllif: Redaktor, 09:20

İsmarıclar bağlıdır.