Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir karantin qaydalarının tələblərinə əməl etməklə rayon polis şöbəsində davam etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salaraq, Azərbaycan polisinə böyük diqqət və qayğının göstərildiyini qeyd edib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında,cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu qeyd edib,onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən rayon prokuroru Əli Qurbanov, rayon məhkəməsinin hakimi Kamil Rzayev, Tərtər hərbi prokuroru Hümmət Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev çıxış edərək 103 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli və şərəfli bir yol keçdiyindən, danışıblar.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar təqdim olunub.