Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyl

    Ombudsman Səbinə Əliyeva və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə faktaraşdırıcı missiya həyata keçiriblər.
    Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri 44 günlük müharibə zamanı yaşayış məntəqələrinin beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq atəşə tutulması faktları ilə yerində tanış olub və ətraflı məlumatlandırılıb.
    Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən “Smerç” tipli raket atəşinə məruz qalmış pambıq zavoduna baxış keçirilib. Nümayəndə heyəti Tərtər şəhər qəbristanlığında olaraq, dəfn mərasimi zamanı ərazinin atəşə tutulması nəticəsində dörd mülki şəxsin həlak olması faktı barədə məlumatlandırılıb. Da-ha sonra ağır artilleriya və raket hücumları nəticəsində insan tələfatının baş verdiyi, habelə ciddi ziyan vurulmuş mülki obyektlərdə monitorinq keçirilib. Rayonun mərkəzi meydanında isə ziyan dəymiş infrastrukturu əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olublar.
    Monitorinq zamanı rayon rəhbəri qonaqlara rayon haqqında ətraflı məlumat verib, bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, “Qrad” mərmisi, 21 qadağan olunmuş raket atıb. Rayo-nun 40 yaşayış məntəqəsi üzrə 60 fərdi yaşayış evi və 2 mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt tamamilə dağılıb, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. 5917 fərdi yaşayış evi və mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 45 sosial obyektə, 30 inzibati binaya, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub.
    Rayon rəhbəri nümayəndələrə ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyanın aradan qaldırılması üçün görülmüş işlər barədə də ətraflı məlumat verib.
    Həyata keçirilmiş yerində araşdırmalar zamanı TİHEK tərəfindən səfərin yekunu olaraq beynəlxalq təşkilatlara ünvanlanacaq hesabatın hazırlanması üçün zəruri məlumatlar və dəlillər toplanılıb.

     

    Müəllif: Redaktor, 11:21

İsmarıclar bağlıdır.