1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.
Builki Sağlamlıq Günü yayılmasına görə əmək qabiliyyәti vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-nin Avropa regionunda 128 min intihar halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib. Hazırda depressiya pozğunluğu olanların sayı regionda 40 milyon nәfәrə çatır. Qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, kişilәr arasında intihar halları daha çoxdur.
Verilən məlumata görə dәrin depressiyası olanların әn azı 75 faizi ona uyğun müalicә almır. Depressiyanın terapiya vә ya antidepressant vasitәsilә müalicәsi qәnaәt etmәyә imkan verәn sәmәrәli yanaşmadır.
ABŞ-da bu sahәyә yatırılan hәr dollar daha yaxşı sağlamlıq göstәricilәri vә yüksәk әmәk qabiliyyәtinә görә dörd dollar mәnfәәt gәtirir.
Xәstәlik barәdә mәlumatlılığın artırılması ilә depressiyanın daha səmərəli profilaktikası ölkәlәrin sәhiyyә xidmәtlәri vә sosial inteqrasiya ilә ümumi əhatə olunmağa keçidə dair aparılan işin ayrılmaz hissәsi olacaqdır. Bu fəaliyyət qeyri-yoluxucu xәstәliklәr sәbәbindәn erkәn ölüm hallarının üçdәbir qәdәr azaldılmasına yardım edәcәkdir.