Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan himninin səslənməsi ilə başlanıb. Sonra Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova ətraflı məruzə ilə çıxış edib. Göstərib ki, Azərbaycan Res-publikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suve-renliyinin rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azər-baycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb.
Müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən türk-çülük, islamçılıq və müasirlik düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Tədbirdə RTŞ-nin nümayəndəsi Gülxar Abbasova, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, mədəniyyət və turizm şöbəsinin işçisi Maral İbrahimova, Heydər Əliyev Mərkəzinin işçisi Samirə Səfərova çıxış ediblər.
-
19Noy
Müəllif: Redaktor, 14:14
Teqlər: Xəbərlər