Səyyar ASAN xidmət Tərtərə gəlib.
Xidmətlərə aşağıdakılar aiddir:
*Notariat fəaliyyəti;
*Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
*Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
*Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
*Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
*Əmək pensiyalarının təyin edilməsi;
*Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
*Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
*Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Qrupun rəhbəri Mehrac Cabbarlı bildirdi ki, 2015-ci ilin 16 noyabrından 30 noyabrınadək səyyar ASAN xidmət Tərtər rayonunun sakinlərinə xidmət göstərəcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunur.
-
19Noy
Müəllif: Redaktor, 11:43
Teqlər: Xəbərlər