Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində qalib gəlmiş layihələrdən biri də “Uşaq kimi düşün” layihəsidir. Tərtər rayonu üzrə bu müsabiqədə ilk qalib layihədir. Layihə hazırkı vəziyyətlə əlaqədar olaraq onlayn şəkildə həyata keçirilir. Layihədə müəllim və valideynlər üçün təlimlərin təşkili nəzərdə tutulub, təlimlərdə layihə rəhbəri Nigar Hüseynzadə psixoloq Şirin Ələsgərova və müəllimlər psixoloqlar, valideynlər iştirak edəcəklər.
Müəllimlər üçün növbəti təlim 28 fevral saat 16:00 da MS Teams platforması ilə həyata keçiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər layihənin fb ünvanına https://www.facebook.com/Uşaq-kimi-düşün-112539067270519/ müraciət edə və ya qeyd olunmuş formu https://forms.office.com/Pages/ResponsePage.aspx?id=YAr8FHAQQkGfMRuUGHqWHzVBwrUBHy1Fghg1RANNBG9UQzdLT044R0JCNjRZWFBKTFZNU1JZVUMyQy4u doldura bilərlər.