Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0
Arxiv
-
18Dek
BƏNZƏYİR Tofiq Yusif
(Biri çıxış edərkən)
Ay camaat, bura gəlin, siz Allah,
Ona baxın, qurumsağa bənzəyir!
Ətrafına əsəb yayır bayaqdan–
Hər kəlməsi sarımsağa bənzəyir. |
Çox uşağın şəriklidi dədəsi,
Başa keçib, öyüd verir gədəsi.
Beləsinin daş üyüdür mədəsi–
Mədə deyil, bir tabağa bənzəyir. |
Pişikləri oxşatmışıq pələngə,
Dörd yanımız beyni şikəst, ələngə.
Başlar getdi-layiq idi çələngə,
Başlar qalıb-balqabağa bənzəyir. |
Yalan vədi göyərtmədi qərinə,
Karvanbaşı ulaq qoşdu nərinə.
Zirvədəki şah qartalın yerinə
Qonana bax, yapalağa bənzəyir. |
Arsızlıqda ya çayırdı, ya türpək,
Sifətində qurumayıb tüpürcək.
Alt dodağı yer süpürən süpürgə,
Üst dodağı şapalağa bənzəyir. |
Tofiq, sənin ayrı peşən yoxdumu?
Nə işinə millət acdı, toxdumu?
Bu ölkədə beləsi az, çoxdurmu?
Ya yamağa, ya yalağa bənzəyir? |
O kürsüdən boş-boşuna hürən nə?
Bu ilxıda sarı nədi, kürən nə?
Bilmək olmur başındakı görən nə?–
Gah yaylığa, gah papağa bənzəyir? |
|
Müəllif: Redaktor, 13:54