Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Dek
    Meymunlar tər töküb insana döndü,

    Adam olmadı da bu zalım oğlu!

    Başı dizindən də aşağı endi,

    Vecə almadı da bu zalım oğlu!

    Nə ətdir, nə balıq, nə ayaq, nə baş,

    Bilmirsən kəltəndi, ya təzək, ya daş?

    Gör neçə sifətə bükülüb, qardaş?!

    Sanki dolmadı da bu zalım oğlu!

     

    Zurna ver əlinə püləyib çalsın,

    Bir gündə yüzünün “ağrısın alsın”.

    Dəridən-qabıqdan çıxdı ki, qalsın,

    Yadda qalmadı da bu zalım oğlu!

     

    Sırtıldı sifəti-döndü sırtığa,

    Təlxək tək oynadı çəpik-çırtığa.

    Nə qədər yaşadı bircə yırtığa

    Yamaq salmadı da bu zalım oğlu!

     

    Elə arsızdır ki, 60 yaşında

    Bir dənə ağ tükü yoxdur başında.

    Bitdi tikan kimi Vətən daşında,

    Ölüb solmadı da bu zalım oğlu!

     

    Qəlbi niyyəti tək şərdir, qaradır,

    Təpədən-dırnağa “yaman yara”dır.

    Gözü yas axtardı, kədər aradı–

    Qara çalmadır da bu zalım oğlu!

     

    Müəllif: Redaktor, 12:59

İsmarıclar bağlıdır.