O başı üstündə gəzdirdiyindən
O bədən nə zülüm, nə zillət çəkir. Sənin ciyərində, sənin canında Aldığın nəfəs də əziyyət çəkir. |
Hər dindən dişarı, məzhəbdən uzaq,
Əqidəsı tələ, əməli tuzaq, Bu ürəyi şıntır, bu beyni pazaq Bütün insanlarla ədavət çəkir. |
Gözlərin bükülüb riya kirinə, Düşmüsən böhtanın, şərin vərinə. Sənin əvəzinə, sənin yerinə Adam sənə baxıb, xəcalət çəkir. |
Göydən od ələnsə, qaya tökülsə, Dəryalar qurusa, dağlar sökülsə, Bütün əzizləri ağa bükülsə, Bir dəfə görməzsən o, xiffət çəkir. |
Pəyə süpürməyə hazır çalğısan, Peysərə vermisən–boynu yağlısan. Adam inanmır ki, adam oğlusan– Səndə ayrı şeyə xasiyyət çəkir. |
Vurduğu yaralar dərindən-dərin! Üzü ən arsızı sırtıq üzlərin. Onun tək bir sürü qeyrətsizlərin Ağrı-acısını bu millət çəkir. |
Duymazsan belində sınan pərdini, Hər zaman sularsan sən öz kərdini. Qapaza çevrilən qaxınc dərdini Həm qohum-əqrəba, həm külfət çəkir. |