Bu günlərdə Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib.
Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəf-dən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.
Sonra həmsədrlər yerli komandanlıq və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşərək səhra şəraitində brifinq keçiriblər.
Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açılıb.
Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.