Bu günlərdə möhtərəm cənab Prezident tərəfindən ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarların qəbul edilməsi rayonumuzun sahibkarları tərəfindən razılıq hissi ilə qarşılanıb. Mən onların hamısının fikrini ifadə edirək bizə göstərdiyi qayğı və diqqətə görə möhtərəm Prezidentimizə təşəkkür edirəm.
Ölkə rəhbərinin təşəbbusü ilə Milli Məclis tərəfindən 2015-ci ilin 1 noyabr tarixindən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair qəbul edilmiş qanun rayonumuzda bu sahəyə daha cox insanların, xüsusən də gənclərin cəlb edilməsinə səbəb olacaq. Onu da bildirmək istəyirəm ki, yoxlamaların dayandırılması heç də o demək deyil ki, kim necə istəsə, o cür işləyə bilər. Hesab edirəm ki, bu qanun xüsusilə ərzaq istehsalı ilə məşğul olan sahibkarların məsuliyyətini birəbeş artıracaq. Prezidentimiz, dövlət bizə etibar edirlər, biz isə öz növbəmizdə vicdanla çalışmalı, əhalini kefiyyətli ərzaq məhsulları ilə təmin etməliyik.
Başçılıq etdiyim təsərrüfatda hər gün yüz litrlərlə süd istehsal edilib emal müəssisələrinə göndərilir. Arxayınıq ki, bu məhsullar insan orqanizmi üçün xeyirlidir. Ona görə ki, malların sağlamlığı, profilatiki tədbirlərin vaxtlı-vaxtında aparılması diqqət mərkəzində saxlanılır, yemlərin tərkibinə ciddi fikir verilir.
Bundan sonra da bütün qüvvə və bacarığımızı müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə yönəldəcəyik.
-
05Noy
Habil İbrahimov,
Müəllif: Redaktor, 14:05
Teqlər: İqtisadiyyat