Bizim Ələsgərli kəndində əhali əsasən meyvə tinglərinin becərilməsi ilə məşğul olur. Burada hər kəs kiçik sahibkardır. Əkin sahəsi var, istədiyi işlə məşğuldur, üstəlik hər zaman dövlətin dəstəyinə arxalanır.
Sahibkarlığın inkişafı ilə bağlı ölkə başçısının atdığı son inqilabi addımlar onların əhval-ruhiyyəsini daha da yaxşılaşdırıb. Mən özüm də ting yetişdirirəm. Meyvə tingliyi üzrə Qarabağ Elmi-Tədqiqat Bazasının əməkdaşıyam. Təcrübəmdən bilirəm ki, hər hansı bir sahəyə elmi cəhətdən yanaşsan, işin daha səmərəli alınar, gəlirin çoxalar. Elə dövlətimizin də məqsədi budur ki, iş adamları, kənd əməkçiləri elmi nailiyyətlərdən istifadə etməklə ölkədə ərzaq bolluğu yaratsınlar.
Əminəm ki, işimizi belə qursaq, xaricdən ölkəmizə geni deyişdirilmiş meyvələrin gətirilməsinə ehtiyac qalmaz.
Möhtərəm Prezidentimizin sahibkarlığın inkişafı ilə bağlı son sərəncamları ürəyimizdən xəbər verir. Bundan sonra işimizə daha məsuliyyətlə yanaşacaq, meyvə bağlarının sayının artmasına kömək edəcəyik.
-
05Noy
Məhəmməd Şirinov,
Müəllif: Redaktor, 14:02
Teqlər: Xəbərlər