Prezident İlham Əliyevin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” imzaladığı fərman, eləcə də Milli Məclisin qəbul etdiyi “Sahibkarlıq sahəsində aparılan yoxla-maların dayandırılması haqqında” qanun sahibkarlar üçün yeni bir dövrün başlanmasından xəbər verir. Azərbaycanın biznes strukturlarında onların inkişafı üçün böyük imkanlar yaradan bu fərman və qanun razılıq hissi ilə qarşılanıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını qeyd edərək, bunun qarşısının alınacağını,nəticə çıxarmayanların isə cəzalandırılacağını bildirmişdir. Artıq yeni fərman və yeni qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da sahib-karlıq fəaliyyəti ilə məşğul olan insanlar bunu möhtərəm Prezident tərəfindən onların işinə verilən siyasi dəstək kimi qəbul edirlər. Dövlət başçısının bu addımı orta və kiçik sahibkarlığın inkişafı ilə yanaşı, yeni sahibkarlar nəslinin yetişməsinə kömək edəcək. Çünki əvvəllər müəyyən bir biznes fəaliyyətinə başlamaq üçün uzun və yorucu proseslərdən keçmək lazım olurdu.Çoxları yersiz sənəd toplama işinin öhdəsindən gələ bilmədiklərinə görə artıq qurduqları səmərəli bir fəaliyyəti dayandırmaq məcburiyyətində qalırdılar.
Məlumdur ki, hazırda hökumətimizin əsas məqsədi qeyri-neft sektorunun inkişafıdır. Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyi üçün bu sahədə görüləsi işlər çoxdur. Əsas məsələ mövcud potensialdan və dövlətin göstərdiyi dəstəkdən-subsidiyalardan, güzəştlərdən, faizsiz kreditlərdən istifadə etməklə ayrı-ayrı isti-qamətlər üzrə faydalı iş qurmaqdır. Bu, ərzaq məhsulları istehsalını artırmaqla yanaşı, həm də yeni iş yerlərinin acılamasında vacib rol oynayacaq.
Ümumiyyətlə, son 2 sənəd dövlət başcısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nüma-yiş etdirməklə yanaşı, özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı olacaq.
Sahibkarlığın inkişafı məqsədilə idxal-ixrac əməliyyatlarının aparılması sahəsində “bir pəncərə” sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. “ Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haq-qında” fərmana müvafiq olaraq bu sahədə islahatlar davam etdiriləcək.
Nazirlər Kabinetinin son iclası həm də göstərmişdir ki, ölkə başçısı indiyədək həyata keçirilmiş tədbirlərlə kifayətlənmir və bu sahədə əlavə islahatların həyata keçirilməsini, o cümlədən “ASAN xidmət”in səlahiyyətlərinin genişləndirilməsini vacib sayır.
-
05Noy
Müəllif: Redaktor, 13:59
Teqlər: Xəbərlər