(Şəhidlərimizə)
Ana vətən:”Oğul!”-deyib, ağlayır,
Yaraları sinəsini dağlayır. Neçə ildir şəhid yası saxlayır… Gəl, Vətən çağırır, ey Vətən oğlu! |
Əsir tək ölənlər qalır kəfənsiz,
Vətəni sevənlər indi Vətənsiz. Qaçqınlar, köçkünlər doğma məskənsiz… Gəl, Vətən çağırır, ey Vətən oğlu! |
Gəl, yenə yurduna xidmət eylə sən, Küləkdən Vətənə salam söylə sən. Gəl çevril tufana, oda, selə sən, Gəl , Vətən çağırır, ey Vətən oğlu!
|
Vaxt gələr sovuşar, bitər bu həsrət, Bu eldən, obadan ötər bu həsrət. Vətənin köksündən itər bu həsrət, Gəl, Vətən çağırır, ey Vətən oğlu! |
İgidlər səngərdə, əllərdə silah,
Gəl ki, qoy açılsın nurlu bir sabah. Qarabağ sinəmdə qəlpədir Vallah! Gəl, Vətən çağırır, ey Vətən oğlu! |
Vüsal ƏDİLZADƏ
Səhləbad kənd tam orta məktəbin 11-ci sinif şagirdi. |