TƏRTƏR: MƏĞRUR DAYANAN VƏ İNKİŞAF EDƏN MƏKAN
Bu gün mənfur düşmənin hər an atəşkəsi pozmasına müxtəlif təxribatlar
törətməsinə baxmayaraq, qəhrəman tərtərlilər doğma vətənlərində məğrur dayanmışlar. Rayonda həyat öz axarı ilə davam edir.Tərtər Qarabağ bölgəsinin inkişaf etmiş, bütün sahələrdə yüksək nailiyyətlər əldə etmiş, ilbəil müxtəlif çeşidli məhsulların istehsalında dinamik artıma nail olan rayonlardan biridir. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla söhbət zamanı bildirdi ki, bu günlər bizim hər birimiz sonsuz sevinc içərisindəyik. Ona görə ki, iyun ayının 3-də Respublika Prezidenti cənab İlham Əliyev rayonumuza növbəti dəfə səfər etmiş, Dövlət Rəmzləri Muzeyinin, Olimpiya İdman Kompleksinin, “Azərxalça” ASC-nin Tərtər filialının, 110/35/6 kilovoltluq “Tərtər elektrik yarımstansiya”sının və Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonrakı açılışında iştirak et-miş və “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” və “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamlar vermişdir.
Biz hələ də bu tarixi səfərin xoş təəssüratı altındayıq. Ölkə başçısının rayonumuza səfəri bütün tərtərlilərdə çox böyük ruh yüksəkliyi yaratmış, hər kəsin işə olan həvəsini beş qat artırmışdır. Koronavirus pandemiyasının tüğyan etdiyi belə bir çətin dövrdə vaxt tapıb rayonumuza səfər etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə sakinlərimiz adından minnətdarlığımızı bildirirəm.
Rayon rəhbəri qeyd etdi ki, ölkə Prezidenti Cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üçün nəzərdə tutulmuş tədbirlərin həlli üçün işlər davam etdirilmişdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 33,5 km olan Səhlabad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli kəndlərarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmış, asfalt örtüyü qoyulmuşdur.
Uzunluğu 10 km olan İsmayılbəyli-Evoğlu yolunda asfalt örtüyü qoyulmuş, uzunluğu 3,6 km olan Kəngərli kəndarası avtomobil yollarının əsaslı təmiri başa çatmışdır. Hazırda yolun çiyin hissələrində tamamlanma işləri aparılır.
Respublika və yerli əhəmiyyətli avtomobil yolla-rında 822,9 min manatlıq orta təmir və saxlanma işləri görülmüşdür. R-27(8km) Yuxarı Qaradağlı-Seysulan avtomobil yolunda 6,2 min kvadratmetr və R-27(14 km) Azadqaraqoyunlu-Köçərli avtomobil yolunda 12,6 min kvadratmetr çınqıl örtüyün təmiri aparılmışdır.
Tikintisi 2018-ci ildən başlayan Tərtər rayonunun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərin tikinti işləri başa çatmışdır. Tərtər şəhər 5 saylı və Xoruzlu kənd tam orta məktəblərinə yeni məktəb binalarının tikintisi üçün layihəsmeta sənədləri hazırlanır.
2020-ci ilin ilk 6 ayı ərzində rayonda ekoloji taraz-lığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 6 mindən çox müxtəlif növ ağaclar, 3 min gül kolu və 50 min ədəd həmişəyaşıl kolu əkilmişdir.
Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı çətinliklər rayon iqtisadiyyatına da xeyli ziyan vurmuşdur. Belə ki, kənd təsərrüfatı məhsulunun həcmi 0,9 faiz, nəqliyyat xidmətlərinin həcmi 23,5 faiz, yükdaşımaların həcmi 26,6 faiz, sərnişin daşımalarının həcmi 26,7 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 5,3 faiz, iaşə xidmətlərinin həcmi 8,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 4,7 faiz azalmışdır.
Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə cari ilin 6 ayı ərzində 592 yeni iş yeri açılmışdır. Həmin iş yerlərinin 58-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 97-si mövcud müəssisə və təşkilatlarda, 437-si digər tədbirlər üzrə açılmışdır. Bundan başqa yeni yara-dılmış sahibkarlıq subyektlərinin sayı 1468 olmuşdur.
Məlumdur ki, Tərtər aq-rar sahənin yüksək təşəkkül tapdığı bölgələrdən biridir. Aqrar sektorun inkişaf et-dirilməsi sahəsində rayonda məqsədyönlü işlər gö-rülmüşdür. 2020-ci ilin yanvar-iyun aylarında kənd tə-sərrüfatı məhsulunun ümumi həcmi 48 milyon 712,6 min manat təşkil etmiş, 2019-cu ilin müvafiq döv-rünə nisbətən 0,9 faiz azalmışdır. Onun 29 milyon 107,4 min manatı bitkiçiliyin, 19 milyon 605,2 min manatı heyvandarlığın hesabına formalaşmışdır.
2020-ci ilin məhsulu üçün əkilmiş 10599,8 hektar taxıl sahəsi biçilmiş və 42056,1 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq ötən ilə nisbətən 0,9 sentner artaraq 39,7 sentner olmuşdur. 6056,9 hektar buğda sahəsindən 25620 ton buğda, 4542,9 hektar arpa sahəsindən 16436,1 ton arpa məhsulu istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 42,3 sentner, arpa üzrə 36,7 sentner olmuşdur. Ötən ilə nisbətən buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı 2,5 sentner artmışdır. Tərtər buğdanın məhsuldarlığına görə əvvəlki illərdə olduğu kimi bu il də respublikada ön sıralardadır.
Rayonda 2981 hektar sahədə pambıq, 307,1 hektar sahədə şəkər çuğunduru, 1852,1 hektar sahədə dən üçün günəbaxan əkilmişdir. Sahələrdən bol məhsul götürülməsi üçün hazırda aqrotexniki qaydalara uyğun olaraq suvarma və becərmə işləri görülür.
Cari ildə rayonda kümçülər 12,1 ton barama tədarük etmişlər.
Hesabat dövründə sahələrdən 4250,1 ton kartof, 8292,4 ton tərəvəz məhsulları, 47648,3 ton yem bitkiləri, 1875,7 ton meyvə toplanmışdır. Hər hektarın orta məhsuldarlığı kartof üzrə 112,9 sentner, tərəvəz üzrə isə 130,4 sentner olmuşdur. Bundan başqa 1062,9 ton qarğıdalı, 136,8 ton lobya, 112,9 ton noxud, 83,5 ton darı, 8,3 ton soya, 0,6 ton qarabaşaq məhsulu istehsal olunmuşdur. Məhsul yığımı davam etdirilir.
Hesabat ilində rayonda 408,2 hektar sahədə təkrar əkin aparılmışdır. Onun 339,7 hektarı dən üçün qarğıdalı, 13 hektarı dən üçün günəbaxan, 47,5 hektarı darı, 4 hektarı soya, 3 hektarı yem üçün sorqo bitkisi olmuşdur.
Cari ildə 71,7 hektar sahədə yeni meyvə bağları salınmışdır ki, onun 62 hektarı intensiv bağlardır.
Tərtərdə heyvandarlığın inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. İlin birinci yarısında rayonda diri çəkidə 1938 ton ət, 13 min 971,3 ton süd, 7 milyon 620 min ədəd yumurta istehsal edilmiş və 101,5 ton yun qırxılmışdır. 2019-cu ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 0,3 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artmışdır.
Hazırda rayonda 29769 baş iribuynuzlu, 52465 baş xırdabuynuzlu mal-qara mövcuddur. 2019-cu ilin müvafiq dövrünə nisbətən iri malın baş sayı 1153 baş artmışdır. Mal-qaranın ümumi sayında əhalidə olan mal-qaranın xüsusi çəkisi iribuynuzlu mal-qarada 99,3 faiz, qoyun və keçilərdə 95,2 faiz təşkil edir.
Aqrolizinq yolu ilə rayona gətirilmiş cins malların sayı 710 başdır. 2020-ci ilin 6 ayı ərzində rayonda süni mayalanma yolu ilə 711 baş inək və düyə mayalandırılmışdır. Süni mayalanma yolu ilə 654 baş buzov doğulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları isteh-salının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci ilin yanvar ayının 1dən subsidiyalar elektron formada hesablanmağa başlamışdır və subsidiyaların ödənişini mərkəzləşdirilmiş qaydada həyata keçirən Aqrar Kredit və İnkişaf Agent-liyinin məlumatına əsasən 2020-ci ilin yanvariyun aylarında Tərtər rayonu üz-rə 7198 istehsalçıya 19451,58 hektar əkin sahəsi üzrə 3279,6 min manat, süni mayalanmadan doğulmuş 489 baş buzova görə 48,9 min manat subsidiya ödənişi həyata keçirilmiş-dir.
Tərtərdə meliorativ tədbirlərin düzgün həyata keçirilməsinin nəticəsidir ki, suvarma suyu ilə təminatda olan problemlər aradan qal-dırılır. Əkinlərin suvarma suyu ilə təminatını yaxşı-laşdırmaq məqsədilə 2020-ci ilin 6 ayı ərzində suvarma sistemlərində 4 ədəd hidrotexniki qurğu və 10 ədəd hidrotexniki post cari təmir edilmiş, 385 min kubmetr lildən təmizləmə işi aparılmış, daşqın və selə qarşı mübarizə məqsədilə 14,5 min kubmetr torpaq işləri görülmüş, kollektor və drenlərdə 22,4 min kubmetr lildən təmizləmə işləri aparılmışdır. İnvestisiya vəsaiti hesabına Qaraağacı kəndində 1300 metr kanala beton üzlük çəkilməsi üçün tam hazırlanmış və 1050 metrinə beton üzlük çəkilmişdir.
Rayonda mövcud olan 531 ədəd subartezian quyusundan 521 ədədi saz və işlək vəziyyətdədir. 2020-ci ilin yanvar-iyun ayları ərzində 139 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 30 ədəd subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz edilmişdir.
Susuzluqdan zərər çəkən ərazilərin su təminatınının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə rayonun müxtəlif kəndlərində yeni qazılmış 13 ədəd subartezian quyusu 2020-ci ildə idarənin balansına götürülərək istismara verilmişdir. Bundan əlavə cari ildə ölkə Prezidentinin Sərəncamı ilə daha 21 ədəd yeni subartezian quyusu qazılması nəzərdə tutulmuş və 9 ədəd quyuda qazma işləri başa çatmışdır. Hazırda qazma işləri davam etdirilir. Qaz-yan kəndində 1 ədəd quyuda təmir bərpa işləri başa çatdırılmış və quyu istismara buraxılmışdır, Poladlı kəndində isə 1 ədəd quyuda təmir-bərpa işləri başa çatmış və son tamamlama iş-ləri görülür.
2020-ci ilin yanvar-iyun aylarında rayonda kənd təsərrüfatı bitkilərinin ziyanverici və xəstəliklərinə qarşı 1941,6 hektar sahədə mübarizə tədbirləri həyata keçirilmişdir. Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermerləri və kənd təsərrüfatı məhsullarının istehsalçılarını maarifləndirmək məqsədilə Tərtər, Ağdam, Goranboy, Yevlax, Bərdə rayonlarında müxtəlif mövzularda 5 dəfə seminar təlim keçirilmişdir.
2019-cu ildə Tərtər Regional Aqrar Elm və İnno-vasiyalar Mərkəzində is-tehsal edilmiş 28,230 ton Gəncə-110 elit pambıq toxumu Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar Elm və İnnovasiya Mərkəzinin bölgüsünə və razılığına əsasən güzəştli qiymətlə kvota və kvotadan kənar satışla fermerlərə 2020-ci ilin əkini üçün verilmişdir.
Rayonda Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına, fərmanlarına, tapşırıq və tövsiyələrinə uyğun sahibkarlığın inkişafına daim diqqət göstərilir. Sahibkarlığın in-kişaf etdirilməsi üçün rayonda münbit şərait yara-dıldığının nəticəsidir ki, dövr ərzində 1468 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçmişdir.
Sahibkarlara Kömək Milli Fondu tərəfindən sahib-karlara 5 layihə üzrə 340,2 min manat güzəştli kreditlər verilmişdir. Bu layihələrdə 15 yeni iş yerləri açı-lacaqdır.
Tərtərdə əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Tərtər şəhərinin 18 küçəsinin su xətlərində təmir-bərpa işləri aparılmış, 88 su xəttində olan qəza aradan qaldırılmış, 387 ədəd şəbəkə quyuları və kanalizasiya xətləri yuyulub təmizlənmiş, 15 metr D-300 mm-lik kanali-zasiya xətti yenisi ilə əvəzlənmiş, 8 ədəd dərinlik na-sosu təmir edilmiş, 1 ədəd dərinlik nasosu yenisi ilə əvəz olunmuşdur.
Tərtər Su-kanal Sahəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir.
İstehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün 9803 metr müxtəlif diametrli kabellərdən istifadə olunmuş, 4 ədəd 6 kV-luq dəmir beton və 25 ədəd 10 kV-luq metal dayaq əkilmişdir. Qəzalı vəziyyətdə olan 0,4 kV-luq hava xətlərinin təmiri üçün 9800 metr müxtəlif markalı naqillərdən istifadə olunmuşdur. Eyni zamanda istifadəyə yararsız dayaqların yerinə 88 ədəd dəmir-beton və 43 ədəd metal dayaq əkilmişdir. Köhnə, istismara yararsız, müddətini başa vurmuş 3 ədəd transformator yenisi ilə əvəz olunmuş, 25 ədəd transformator əsaslı təmir edilərək istifadəyə verilmişdir. 853 ədəd yarım elektron tipli sayğaclar tam elektron tipli və smart tipli sayğaclarla əvəz olunmuşdur.
“ASAN Xidmət” vasitəsilə cari ilin 6 ayı ərzində 155 nəfərə xidmət göstərilmiş, istehlakçılar üçün 166 ədəd metal dayaq əkilmiş, 4020 metr müxtəlif markalı kabeldən, 106 ədəd abonent dayağından istifa-də edilmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayon əhalisi respublikada ilk dəfə olaraq 100 faiz mavi yanacaqla təmin olunmuşdur.
Rayonda təhsil sahəsində məqsədyönlü işlər həyata keçirilir. Bunun nəticəsidir ki, ildən-ilə ali məktəblərə qəbulda dinamik artım müşahidə olunur. Dövlət İm-tahan Mərkəzinin təşkilat-çılığı ilə IX və XI siniflərdə buraxılış imtahanları keçirilmiş, IX siniflər üzrə 857 nəfər şagirddən 850 nəfə-rinə ümumi orta təhsil haq-qında attestat, XI siniflər üzrə 591 nəfər şagirddən 587 nəfəri iştirak etmiş və həmin şagirdlərin hər birinə tam orta təhsil haqqında attestat verilmişdir. Yaxşı haldır ki, cari dərs ilində rayonumuzda IX siniflər üzrə 5 nəfər, XI siniflər üzrə isə 1 nəfər şagird, ümumilikdə 6 nəfər şagird Fərqlənmə attestatı almışdır.
Mamırlı kənd tam orta məktəbin şagirdi Qarayev Murad Rövşən oğlu coğrafiya fənnindən respublika turunda vəsiqə qazanaraq III yerə layiq görülmüşdür.
Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı virtual məktəb layihəsi həyata keçirilmiş, rayon üzrə 82 faiz müəllim, 75 faiz şagird qeydiyyatdan keçərək onlayn qaydada dərslərinə davam etmişlər.
Mərkəzi rayon xəstəxanasında, eləcə də rayonun digər tibb müəssisələrində əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi, profilaktiki tədbirlərin gücləndirilməsi istiqamətində işlər davam etdirilmişdir.
14 mart 2020-ci il tarixdən Mər-kəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində işləyir. Mövcud pandemiya ilə əlaqədar 1 iyul 2020-ci il tarixədək 1786 nəfərdən COVİD-19 pandemiyası ilə əlaqədar yaxma götürülmüş, 37 pozitiv cavab olmuş, xəstələr karantin xəstəxanalarında müalicə alıb sağalmışlar.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 37 nəfərdə koronavirus (COVİD-19) infeksiyası aşkar olunmuş, ocaqlarda əksepidemik tədbirlər aparılmış, dezinfeksiya işləri görülmüş, xəstələrin hospitallaşdırılması və karantində saxlanılması təmin olunmuşdur.
Pandemiya dövründə rayon icra hakimiyyəti, ayrı-ayrı dövlət qurumları və iş adamları tərəfindən rayon ərazisində yaşayan 4000-dən çox tənha, ahıl, aztəminatlı və digər ailələrə ərzaq bağlamaları və tibbi ləvazimatlar paylanmışdır.
Rayon icra hakimiyyəti bundan sonra da dünyanı ağuşuna almış koronavirus pandemiyasına qarşı mübarizənin aparılması məqsədilə Operativ Qərargahın qərarlarının, tapşırıq və tövsiyələrinin həyata keçirilməsi üçün ardıcıl işlər görür.
Göründüyü kimi, Tərtərdə iqtisadiyyatın gücləndirilməsi istiqamətində xeyli işlər görülmüş və uğurlu nəticələr əldə olunmuşdur.
Vəli VƏLİYEV,
“Respublika” qəzeti