Nigar Vəliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Bu il müəllimlərin test imtahanı zamanı yüksək bal toplayaraq vaxtilə özünün təhsil aldığı şəhər 5 saylı tam orta məktəbə tarix müəllimi göndərilib. Deyir ki, “Bilik Günü” ərəfəsində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun gənc müəllimlərlə görüşü həm məsuliyyətimizi artırdı, həm də ölkəmizdə dövlət səviyyəsində təhsilin inkişafına göstərilən qayğının bariz nümunəsi kimi bizi yaxşı işləməyə ruhlandırdı.
Nigar ziyalı ailəsində böyüyüb. Atası Surxay müəllim mühəndis, həm də rayonumuzda YAP təşkilatının yara-dıcılarından biridir. Anası isə elə özünün çalışdığı məktəbdə coğrafiya müəllimidir. Uşaqlıqdan təhsilə böyük marağı olan bu qız hətta orta məktəbdə iki sinfi bir ildə keçərək 15 yaşında kamal attestatı alıb və ölkəmizdə ən gənc tələbələrdən biri olub.
Hansı peşəyə yiyələnməsindən asılı olmayaraq Vətəninin, yaşadığı rayonun tarixini bilməyən insan əsl ziyalı sayıla bilməz. Ona görə də, tarixi öyrətmək şərəf, bilmək borcdur.
-
26Okt
Müəllif: Redaktor, 13:45
Teqlər: Digər