Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə əlaqədar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirə ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmə-dov videokonfrans keçirib.
    Videokonfransda rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahverdiyev, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı bildirib ki, videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.
    Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji və-ziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.
    Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olundu-ğunu qeyd edib, rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
    Rayon rəhbəri bildirib ki, koronovirus pandemiyasına qarşı mübarizədə mobil qruplar fəaliyyətlərini gücləndirməlidirlər. Hazırda hər birində 5 nəfər olmaqla Tərtər şəhəri ərazisində 6, kəndlərdə isə 30 mobil qrup fəaliyyət göstərir. Videokonfransda rayon prokuroru Şıxəli Alməmmədov və Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahverdiyev çıxış ediblər.

    Müəllif: Redaktor, 12:25

İsmarıclar bağlıdır.