Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vi-deokonfrans keçirib.
Videokonfransda icra baş-çısı respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı həsr olunmuş xüsusi sessiyasının keçiriləcəyini, dünyanın 130-dan çox dövlətinin İlham Əliyevin bu təşəbbüsünü dəstəklədiyini bildirmişdir. Bunun beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisi olduğunu qeyd etmişdir.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermə-nistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini bildirdiyi halda, Ermənistan yenə öz xəyanətkar mövqeyini sərgiləmişdir. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Sonra rayon rəhbəri koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərdən, koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində rayonumuzda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının, tapşırıq və tövsiyyələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Konfransda icra başçısı vətəndaşların müraciətlə-rinə operativ sürətdə baxılması ilə bağlı da tapşırıqlar vermiş, həmçinin sakinlərlə düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin göz-lənilməsi, metodiki tövsiyələrin paylanması kimi məsələlərə də toxunulub.
Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də söhbət açılıb.
Rayon rəhbəri həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verib.
-
10İyl
Müəllif: Redaktor, 12:14