Bir qadın tanıyıram. O əslində qadınların üz qarasıdır. Çünki bu həyada, bu ismətdə qadın görməmişəm. Adam nə qədər utanmaz, nə qədər vicdansız olar?! Qadın nə qədər alçalar, nə qədər mənliksiz olar?! Həyatımızda bir çox xaraktersiz qadınlara rast gəlmişik, amma beləsi olmayıb.
Bizim milli mental dəyərlərimiz qadınlara zirvə yüksəkliyindən hörmət və izzətlə yanaşmağımızı, onlara çox həssas və qayğıyla münasibət bəsləməyimizi aşılayır. Müqəddəs kitabımız “Qurani-Kərim” də, peyğəmbərlərimiz də, imamlarımız da qadınlara həmişə xüsusi diqqət, ehtiram və sevgi bəsləməyimizi məsləhət görür. Çünki qadın anadır, bacıdır, ömür-gün yoldaşıdır. Qadın incəliyin, zərifliyin, gözəlliyin, məhəbbətin rəmzidir. Tanrı buyruqlarında da qadına hörmət göstərilməsinə yer ayrılır. Əlbəttə, əsil qadına. Ta Sevinc Kərimova kimi Şeytan xislətli qadına yox! Bəlkə də o, Şeytandan əmələ gəlib?!
Sevincin üç övladı var. Heyif o uşaqla-ra! Onların nə günahı var ki, anaları simasız bir dələduzdur?! Məncə, bu uşaq-ların hər üçü daxilən analarının xəcaləti ilə yaşayırlar!
Bu, o Sevinc Kərimovadır ki, uzun illər boyu cindarlıq edir, fala baxır, alverlə məşğul olur, dələduzluq yolu ilə onu-bunu aldadaraq pulunu ələ keçirir, camaatın ba-şına yüz oyun açır. Qorxmur, çəkinmir, utanmır, qızarmır, abrı yox, həyası yox! Beləsinə qadın demək bizim qadınlarımızın adına hörmətsizlik gətirir. Belə simasız nə qadın ola bilər, nə də kişi! Ömrünün çox hissəsini istintaqlarda, məhkəmələrdə keçirən bu qadına heç nə ibrət olmur. Əslində, hüquq-mühafizə orqanları da onunla bacarmırlar, yəni hər dəfə də hansı yollasa yenə “sudan duru çıxır” layiq olduğu cəzadan kənarda qalır. Sevinc deyir: “Onların ağızlarını elə bağ-layıram ki, mənə söz deyə bilmirlər”.
Tərtər rayon Məhkəməsi də (Həsən Qə-niyev) 5 il öncə prokurorluğun qaldırdığı vəsadətə baxmayaraq, onun haqqında həbs qətimkan tədbirini rədd etmiş və öz cinayət əməllərini davam etdirmək üçün azadlığa buraxmışdır.
Sevincin törətdiyi cinayət əməlləri bir deyil, iki deyil… Amma o bu gün də öz alverində, öz fala baxmağında, öz dələ-duzluğundadır. Məhz belə hallara görə ölkəmizdə hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə inam sarsılır.
Bir az əvvələ qayıdaq.
17 fevral 2015-ci il tarixdə Tərtər rayon prokuroru, baş ədliyyə müşaviri Azər Hə-təmov tərəfindən Kərimova Sevinc Sultan qızının borc adı ilə bir vətəndaşın 48.000 manat külli miqdarda, onun qızının isə 2600 ABŞ dolları miqdarında nəğd pulla-rının ələ keçirilməsi faktına görə Azər-baycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq istintaq aidiyyəti üzrə Tərtər rayon PŞ-nə göndərilmiş və həmin tarixdə cinayət işi Tərtər rayon PŞ-nin İQ-nun müstəntiqi Firuz Nuriyev tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır.
10 sentyabr 2015-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan 150666005 nömrəli cinayət işi ərazi aidiyyəti üzrə istintaqı davam etdirilməsi üçün Bərdə ra-yon PŞ-nin İstintaq Bölməsinə göndə-rilmişdir. Cinayət işinin istintaqı bu böl-mənin müstəntiqi, polis mayoru Ağama-lıyev Rəhim Musa oğluna həvalə edilmiş və 30 sentyabr 2015-ci il tarixdə onun tə-rəfindən icraata qəbul edilərək, istintaqına başlamışdır.
İstintaq zamanı müəyyən edilmişdir ki, Kərimova Sevinc Sultan qızı özgənin əmlakını tamah məqsədilə qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə 2014-cu ilin iyul ayının əvvəllərindən Tərtər şəhərinin bir nəfər sakinindən bir həftəyə qaytaracağını yalandan vəd verməklə 10.000 manat nəğd pulu borc adı ilə ala-raq aldatma yolu ilə ələ keçirmiş, bundan sonra aldığı pulun qaytarılması üçün guya, xaricdən alver məqsədilə alıb gətirdiyi malların sərhəddən keçirilməsindən ötrü əlavə pula ehtiyac olmasını və ona əlavə borc pul verilməyəcəyi təqdirdə əvvəl almış olduğu pulu qaytara bilməyəcəyini yalandan bildirib, əslində həqiqətə uyğun olmayan məlumatları verməklə təkrarən aldatma yolu ilə 2014-cü ilin iyul ayının əvvəllərindən, 2014-cü ilin avqust ayının 10-na kimi olan müddət ərzində müxtəlif vaxtlarda bir neçə dəfəyə cəmi 48.000 ma-nat pulu aldatma yolu ilə ələ keçirərək həmin vətəndaşa külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa təkrarən onun qızına anasından götürmüş olduğu pulu qaytarmaq üçün guya, xaricdən alver məqsədilə alıb gətirdiyi malların sərhəddən keçirilməsindən ötrü əlavə pula ehti-yacı olmasını bildirməklə əslində həqiqətə uyğun olmayan məlumatları verib, qısa müddətə qaytaracağını yalandan vəd verməklə 2600 ABŞ dolları məbləğində pulu 24.08.2014-cü il tarixdə alaraq aldatma yolu ilə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduz-luq cinayət əməlini törətmişdir.
Bundan başqa təkrarən tanışı, 24 oktya-br 2014-cü il tarixdə Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bayramov Fərrux Teymur oğlunun arvadı Bayramova Kifayət Məsdan qızının Bərdə şəhəri, Bakı küçəsi, Təzə məhəllədə yerləşən fərdi yaşayış evinə gələrək, Fərrux Bayramovu Bərdə rayon məhkəməsində cəzadan azad edəcəyini və bununla bağlı olaraq yuxarı dövlət or-qanlarında tanışlarının olmasını yalandan bildirib, əslində həqiqətə uyğun olmayan məlumatları verməklə 2015-ci ilin fevral ayının əvvəllərindən 6 avqust 2015-ci il tarixinə kimi olan müddət ərzində Bayramova Kifayət Məsdan qızından 29000 (iyirmi doqquz min) manat pul alaraq, aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətmişdir.
İstintaq zamanı Kərimova Sevinc Sultan qızının törətmiş olduğu cinayət əməli kifayət qədər təsdiq olunduğuna görə 23 fevral 2015-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbay-can Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Həmin tarixdə barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Hal-buki, Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsinə əsasən ona 8 ildən-12ilə qədər həbs cəzası verilməli idi. 9 sentyabr 2015-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş. «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri öz qüvvə-sində saxlanılmışdır.
Bundan sonra nə baş vermişdir. Dələduz Sevinc Kərimovanın bu cinayət işinin istintaqı dəfələrlə təzələnmiş və hər dəfə də dayandırılmışdır. Buna səbəb isə dolayı yolla ələ keçirdiyi Tərtər rayon Tibbi Ekspertiza Şöbəsinin 12 may 2015-ci il tarixli 161 nömrəli rəyi olmuşdur. Bu rəyə əsasən Sevinc Kərimova guya yataq xəs-təsidir, onda “xroniki virus hepatit C” xəstəliyi var. Halbuki o Bərdədəki cinayət əməlini bu rəyin verilməsindən həm əvvəl, həm də sonra törətmişdir.
Bərdə rayon polis şöbəsində isə Kərimova Sevinc Sultan qızının guya ağır xəstəliklə əlaqədar cinayət prosesində iştirakı mümkün olmadığına görə cinayət işi üzrə icraat qeyri-müəyyən müddətə da-yandırılmışdır. Bu qərar 14 oktyabr 2015-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan bu günə kimi Kərimova Sevinc Sultan qızı bir gün də olsun yataqda xəstə yatmayıb, əksinə öz dələduzluq əməllərini demək olar ki, hər gün davam etdirir. Hətta vətəndaşlardan aldatma yolu ilə ələ keçirdiyi pullarla özünə şəxsi ev tikdirir.
Dələduz Sevinc Kərimovanın cinayət əməlləri və onu dəstəkləyən hüquq mühafizə orqanlarının əməkdaşları haqqında Respublikanın Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Bərdə Rayon Prokurorluğuna və həmin rayonun Polis Şöbəsinə şikayət ərizələri yazılmasına baxmayaraq, bu cinayətkar ünsür haqqında heç bir qanuni cəza tədbiri görülməmişdir. Cəzasızlıq mühitindən bəhrələnən Sevinc Sultan qızı Kərimova daha da geniş əl-qol atır, bu gün də öz dələduzluq əməllərini davam etdirir.
Onun cinayət işi son 5 ildə nə bağlanmış, nə də təzələnmişdir.
Adam qalır mat-məəttəl. Bu Sevinc hamının ağzını nə yolla “bağlayır” ki, heç bir hüquq-mühafizə orqanı o boyda cinayət əməllərini ört-basdır edirlər?!
P.S. Bərdə rayon Polis Şöbəsindən ya-lan-gerçək şifahi məlumat verdilər ki, hə-min cinayət işini keçən il “yuxarıdan” tə-ləb etdilər, biz də göndərdik onlara. Lakin bu günə qədər bir xəbər yoxdur.
Tofiq YUSİF